Bu gün:
Xezer.info » Dünya » 2034-cü il Qış Olimpiadası bu şəhərdə keçiriləcək – BOK qərar verdi

2034-cü il Qış Olimpiadası bu şəhərdə keçiriləcək – BOK qərar verdi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının paytaxtı kimi Amerikanın Solt-Leyk Siti şəhərini seçib.
Tribunainfo.az xəbər verir ki, bu barədə qurumun X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Solt Leyk Siti əvvəllər Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu, 2002-ci ildə baş verib.
Qeyd edək ki, ABŞ 2028-ci il Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək, məkan olaraq Los-Anceles seçilib.
2030-cu il Qış Olimpiya Oyunları Fransanın Alp dağlarında keçiriləcək.
Növbəti Olimpiya Oyunları 2024-cü ilin yayında keçiriləcək. İyulun 26-dan avqustun 11-dək Paris müsabiqəyə ev sahibliyi edəcək.