“Yaza kimi Azərbaycana hücum etməliyik”
23-avq-2024“Ermənistan Rusiya ilə ehtiyatlı siyasət aparmağı dayandırmalıdır. Bu artıq kriteriyalara uyğun gəlmir. KTMT-də qalmaq da heç bir məsələni həll etmir”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Edqar Arakelyan İrəvanın son siyasətini şərh edərkən bildirib.
O deyib ki, COP29-dan sonra sülh danışıqları və digər məsələlərlə bağlı proseslərin sürətlənəcəyinə inanmır. “Əksinə, vəziyyət daha da gərginləşəcək. Çünki Ermənistan bir sıra məsələlərdə önə çıxmağa çalışır və əlini gücləndirmək istəyir”.
Arakelyan vurğulayıb ki, Rusiya yenə də Zəngəzur dəhlizini tələb edəcək. “Belə olan halda biz öz potensialımızı gücləndirməliyik. Bu, əsasən hərbi yöndə baş verməlidir. Çünki hərbi potensialımız güclənərsə, Azərbaycanın prosesdə əlini kəsə bilərik”.
Erməni politoloq açıqlamasında yekə bir “iddia” da edib. O deyib ki, Ermənistan vəziyyəti xeyrinə dəyişdirmək üçün yaza qədər Azərbaycana hücum etməlidir. “Düşünürəm ki, biz yaza qədər hərbi əməliyyatlar keçirməliyik. Bunu edərsək, Azərbaycanla hərbi balansımızı nəinki bərabərləşdirəcəyik, hətta önə keçəcəyik. Nəticədə, Azərbaycanın hərbi ilə bağlı ciddi problemlərini həll etməyə imkanı olmayacaq”.