DOST 1.8 milyon manata yer icarə edir: Qalmaqallı şirkətlə müqavilə bağlanıb
23-avq-2024Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) keçirdiyi tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, Agentlik yer icarə götürməyi qərara alıb.
Rəsmi məlumatlarda deyilir ki, DOST Agentliyi 3 saylı Bakı DOST Mərkəzi üçün binanın icarəsinə 1.792.800,02 manat sərf edəcək. Satınalma müqaviləsi isə “FAKTOR QRUP-S-1” QSC ilə imzalanıb.
Bildirək ki, sözügedən şirkət tikitin işindədir. Lakin adı bir çox qalmaqallarda hallanıb. Şirkət vergi borcundan tutmuş, qaydaları pozmağa qədər, müxtəlif məsələlərdə məhkəməyə verilib.