Bu gün:
Xezer.info » Manşet » İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bar stol-stulu alır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bar stol-stulu alır



İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi daha bir tenderə yekun vuraraq, 148 min 749 manatlıq satınalma müqaviləsi imzalayıb. Tribunainfo.az xəbər verir ki, agentlik həmin müqaviləyə əsasən sözügedən dəyərdə ofis mebelləri alacaq.
Qeyd edək ki, tenderin şərtlərində elə bəndlər var ki, həmin mebellərin Agentliyə nə üçün lazım olduğu məlum deyil. Məsələn, müqaviləyə əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özü üçün bir neçə müdir stolu və kreslosu, tribuna, telefon və sair olan mebellər sifariş edib. Bu təbii ki, lazımlıdır. Lakin Agentlik, bunlarla yanaşı 10 ədəd bar stolu və 6 ədəd bar stulu da sifariş edib. Əcəba, Agentlik bar stol və stulunu neynir və ya nəyinə lazımdır?