Türkiyədən bu ölkəyə elektrik enerjisi ixracı yenidən başladı
22-iyul-2024Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin dünəndən etibarən İraqa elektrik enerjisi ixracını bərpa etdiyini açıqlayıb.
Xezerinfo.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfərini müşayiət edən Bayraktarın Bağdad və Ərbil təmasları çərçivəsində həmsöhbətləri ilə mümkün iş birliklərini müzakirə etdiyi vurğulanıb.
Mövzu ilə bağlı sosial media hesabında paylaşım edən Bayraktar məsələ ilə bağlı bunları yazıb:
"Dünəndən etibarən İnkişaf Yolu Layihəsi ilə bölgəmizin firavanlığına və əmin-amanlığına töhfə verəcəyimiz qonşumuz İraqa elektrik enerjisi ixracına yenidən başladıq. Biz edəcəyimiz investisiyalarla İnkişaf Yolunu da “Enerji Yolu” olaraq quracağıq".