Bu gün:
Xezer.info » Siyasət » Prezidentin köməkçisi: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib

Prezidentin köməkçisi: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib



Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.



O, bu barədə “X” hesabında paylaşım edib.



“22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib”, – Prezident köməkçisi qeyd edib.