Xaçmazın Mollabürhan kəndində işıq dirəkləri, yollar istismara yararsızdır
20-iyul-2024Xaçmaz rayonunun Mollabürhan kəndinin sakinləri kəndin acınacaqlı vəziyyətindən şikayətlənirlər.
Bu barədə Pravda.az-a müraciət ünvanlayan sakinlər bildirirlər ki, Mollabürhanda işıq dirəkləri, yollar tamamilə istismara yararsız haldadır.
“Əsas şikayətimiz kəndin bələdiyyəsindəndir. Qımılqışlaq bələdiyyəsinin sədri Ceyhun Mustafayevdir. Mərkəzi kənd Qımılqışlaqdır. Azərbaycanın hansı ən ucqar kəndinə getsək, görürük ki, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin adına bulaq düzəldilib, lövhələr qoyulub. Lakin hələ də Qımılqışlaqda şəhidlərin adına nə lövhə, nə də bulaq var. Mollabürhanın problemləri saymaqla bitmir. Xahiş edirik, şikayətimizi işıqlandırın, bəlkə, kənd bələdiyyəsi, aidiyyəti qurumlar görüb, utanarlar, bundan sonra nəsə edərlər…”, – sakinlər bildiriblər.