İŞİD ingilis, kürd, ərəb, özbək uşaqları qatilə çevirdi və cinayətin videosunu yaydı
27-avq-2016Teref.info xəbər verir ki, İŞİD terror təşkilatı Suriyada müharibə əsirlərini öldürən beş uşağın videosunu yayıb. Videotəsvirlərdəki uşaqlar arasında bir nəfər ingilis uşaq da var. Bu, Qərb ölkələrindən olan bir uşağın İŞİD sıralarında olduğunu göstərən ilk qanlı videodur.
İngiltərədə çıxan “San” (The Sun) qəzetinin verdiyi xəbərə görə, videoda 10-13 yaşlarındakı uşaqların suriyalıları edam etdikləri görünür. Qatil uşaqlar arasında Əbu Abdullah əl Britani adlı bir ingilis də var. “BBC” informasiya agentıiyi həmin uşağın kimliyinin dəqiqləşdirilmədiyini bildirib. Xəbərdə uşaqların öldürdükləri beş nəfərin kürd olduğu deyilir. Videoda Əbu əl Bara əl Tunisiadı ilə tanıdılan uşaqlardan biri kürd dustaqlara ərəbcə müraciət edərək onlara qarşı müharibənin hələ başlamadığını deyir. Videoda uşaqların adı sadalanır: Əbu İshaq Masri (misirli), Əbu Abdullah əl Britani (britaniyalı), Əbu Fuad əl Kürdi (kürd), Əbu əl Bara əl Tunisi (tunisli) və Yusif əl Özbəki (özbək).