Bu gün:
Xezer.info » Xəbər » Yerevanda müxalifət yürüşə başladı

Yerevanda müxalifət yürüşə başladı


Yerevanda müxalifət yürüşə başladı
İrəvanda polis polkunu ələ keçirilən üsyançılara dəstək aksiyasına on minlərlə insan gəlib. Xüsusi müxbirimiz Vahan Martirosyan bildirir ki, irimiqyaslı etiraz aksiyası bu dəqiqələrdə Xorenatsi küçəsində davam edir.

Ermənistan polisi əvvəlcədən xəbərdarlıq etmişdi ki, nümayiş keçirməyə cəhd olsa, qarşısı alınacaq. Amma yürüşə qoşulanların sayı, gec olmasına baxmayaraq, hər saat artmaqdadır.


***

İrəvanda patrul xidməti alayının binasını zəbt etmiş qiyamçılara dəstək məqsədilə Xorenatsi küçəsində keçirilən aksiyaya toplaşan müxalifət təmsilçiləri Ermənistanın kiçik mərkəzi hesab oluna ərazidə yürüşə başlayıblar.

Etirazçılar Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Polisinin yerləşdiyi Nalbandyan küçəsi ilə hərəkət edərək Respublika Meydanını keçmək və yenidən Xorenatsi küçəsinə qayıtmaq istəyirlər.

***

Ermənistanın ən məşhur müğənni və bəstəkarlarından biri Ruben Haqverdyan üsyançıları dəstəkləyib.

R.Haqverdyan deyib: “Mən bir şeyi bilirəm: Serjik Sarkisyanı hakimiyyətə Rusiya xüsusi xidməti gətirib və bu gün də əlindən gələni edir ki, onu postunda saxlasın. Sarkisyan da əvəzində xalqımızı məhv edib, Ermənistanı Rusiyanın poliqonuna çevirmək istəyir”.

* * *

İrəvanda qiyamçılar tərəfindən ələ keçirilmiş polis polku alayı ətrafına içərisində güc strukturlarının xüsusu qüvvələrinin olduğu 5 avtobus gətirilib.

Şahidlər qiyamçılara qarşı xüsusi əməliyyatın keçiriləcəyini istisna etmirlər.

Bu arada Ermənistan Polisinin keçmiş rəhbəri Aşot Manuçaryan sensasiyalı bəyanatla çıxış edib. Onun sözlərinə görə, üsyançılar və hakimiyyət orqanları arasında danışıqlarda vasitəçi Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan ola bilər.

Erməni polisi də öz növbəsində bəyanat yayaraq xəbərdarlıq edib ki, Xorenatsi küçəsində təkrar mitinqlərə cəhd olsa, buna imkan verməyəcəklər.

* * *

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu dəqiqələrdə xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir: “Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.

Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.

Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.

Ermənistan xüsusi xidmət qiyamçılar arasındakı söhbətin səsyazısını da yayıb. (virtualaz.org)