Bu gün:
Xezer.info » Xəbər » Nazirlikdən buraxılış imtahanında “2” alan şagirdlər haqda - Açıqlama

Nazirlikdən buraxılış imtahanında “2” alan şagirdlər haqda - Açıqlama


Nazirlikdən buraxılış imtahanında “2” alan şagirdlər haqda - Açıqlama
Təhsil Nazirliyi buraxılış imtahanında şagirdlərin IX sinifdə buraxılış imtahanında “2” qiymət almalarının səbəblərini açıqlayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirimədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən “Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə “(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb. Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazılığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurikulumun mənimsənilməsi səviyyəsi və digər məslələr araşdırılıb.

APA.az