Bu gün:
Xezer.info » Xəbər » NATO-dan bir ilk: Türkiyə qoruyacaq

NATO-dan bir ilk: Türkiyə qoruyacaq


NATO-dan bir ilk: Türkiyə qoruyacaq
İyulun 8-9-da Polşanın paytaxtı Varşavada təşkil edilən NATO Dövlət və Hökumət başçılarının sammitinin təhlükəsizliyini İngiltərə və Fransa ilə yanaşı Türkiyə də təmin edəcək.

Axar.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri sammitin keçirildiyi ərazini havadan qoruyacaq.

Məlumata görə, Konya şəhərindən qalxan xüsusi təyyarə Varşava şəhərinə eniş edəcək.

Sammitin gedişi boyunca İngiltərə və Fransanın “Avaks” tipli təyyarələrinin pilotları da türkiyəli həmkarlarına bələdçilik edəcək.

Qeyd edək ki, sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.