Bu dəqiqələrdə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda deyilir ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifəsindən azad edilib. İnformasiyaya əsasən icra başçısı bu gün
Prezident Adminstrasiyasının nümayəndələrinin iştirakı ilə başçı postunu təhvil-təslim də edib. Yaxın saatlarda açıqlanacaq rəsmi məlumatda Mübariz Ağayevin işdən çıxarılması ilə bağlı bilginin veriləcəyi gözlənilir.
GUNDEMİNFO.AZ-a daxil olan məlumatda həmçinin deyilir ki, M.Ağayev icra başçısı postundan azad edildikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən yüksək vəzifəyə təyin olunacaq. Onun kənd təsərrüfatı nazirinin birinci müavini postuna təyin ediləcəyi gözlənilir. Mübariz Ağayevin nazirin birinci müavini İlham Quliyevi əvəzləyəcəyi gözlənilir.
Göyçay rayon icra başçısı postuna isə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Şöbəsinin müdiri Mehdi Səlimzadənin təyin edildiyi bildirilir.