Əliyev və Sarkisyan bu ölkədə görüşsün... - Prezidentdən təklif
08-iyun-2016Praqa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri ola bilər.
“Xezer.info” xəbər verir ki, belə bir təkliflə Ermənistanda rəsmi səfərdə olan Çexiya prezidenti Miloş Zeman çıxış edib:
“Serj Sarkisyan və İlham Əliyev mükəmməl şəxsiyyətlərdir və sülh bağlaya bilərlər. Bu məqsədlə mən öz təklifimi təkrar etdim və qeyd etdim ki, görüş Çexiyada keçirilməlidir. Belə ki, bu məsələ 2002 və 2005-ci illərdə də qaldırılmışdı”.