Bu gün:
Xezer.info » Bu gün » «Clear» hotelində qadın alveri tüğyan edir - İTTİHAM

«Clear» hotelində qadın alveri tüğyan edir - İTTİHAM


«Clear» hotelində qadın alveri tüğyan edir - İTTİHAM
Fəxrəddin və Fikrət Feyziyev qardaşlarını nədən qanuna müvafiq formada cəzalandıran yoxdur? Vaxtilə Ermənistanla uran alveri edən qardaşların sahibi olduğu obyektin əsas gəliri məhz əxlaqsız qadınlardan əldə olunur Binəqədi rayonu, Dərnəgül şossesi 108 ünvanında yerləşən, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət Feyziyev qardaşlarına məxsus olan «Clear» hotelilə bağlı indiyədək Gundelik-Baku.com olaraq həm biz, həm də digər kütləvi informasiya vasitələrində bir neçə dəfə tənqidi materiallar yayımlanıb, adıçəkilən obyektiv məhz əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə dair məlumat verilib. Lakin nədənsə bütün bunlara rəğmən, müvafiq dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları «Clear» hotelində yaşananları görməzdən gəlir, həmin «priton»un sahibləri Fəxrəddin və Fikrət Feyziyev qardaşlarının əməllərilə bağlı qanuna müvafiq tədbirlərə baş vurmurlar. Məhz bunun Fəxrəddin və Fikrət Feyziyev qardaşlarının kifayət qədər səlahiyyət sahibi olan nüfuzlu şəxslər tərəfindən ciddi şəkildə himayə olunduqlarını deməyə əsas verdiyini bildirən mənbənin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə qeyd olunur ki, «Clear» hotelindən daha çox imkanlı şəxslər, onların övladları, məmur balaları istifadə edirlər: «Deyilənlərə görə, qadın alverinin tüğyan etdiyi «Clear» hotelində müştərilərə intim xidmət göstərən fahişələr əsasən 18-30 yaş arası qadınlardır. Bildirilir ki, yüngül həyat tərzi keçirən qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında «Clear» müştərilərlə dolu olur. Burada fahişələrlə intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb. Odur ki, «Clear»ın əsas gəliri məhz qadın alverindən əldə olunur. Deyilənlərə görə, adıçəkilən otelin sahibləri bir sıra yüksək çinli məmurlar tərəfindən himayə olunur. Məhz elə bu səbəbdən də faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Clear»ın sahiblərinə «gözün üstə qaşın var» deyən yoxdur. Onu da qeyd edim ki, Fəxrəddin və Fikrət qardaşlarının adı bir neçə il öncə İranla uran alverinə qarışıb. Belə ki, 2009-cu ildə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı keçirən dəstə ifşa edilib. Lakin həmin dəstədən yalnız bir nəfər həbs olunub. Bu şəxs 1979-cu il təvəllüdlü Goranboy rayonunun Sarov kənd sakini İbrahim Hüseyn oğlu Tanrıverdiyevdir. Nüvə yanacağı İran ərazisinə Qazax rayonunun «Sınıq körpü» keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib. Fəxrəddin və Fikrət qardaşları təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər. Və hər dəfəsində də Fəxrəddin Ermənistan ərazisində girov qalıb. Fikrət adlı digər qardaş isə nüvə materiallarını Ermənistan tərəfə ötürdükdən sonra Fəxrəddin girovluqdan buraxılırmış. Bunun müqabilində isə qardaşlar külli miqdarda vəsait əldə ediblər». Açıq-aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Clear» otelinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziyanın verilməsini qanunazidd addım kimi dəyərləndirən məlumatlı şəxsin sözlərinə görə, əsasən şənbə və bazar günləri sözügedən otelə sutka ərzində 100-ə yaxın müştəri gəlir: «Deyilənlərə görə, son zamanlar müştərilərə təqdim olunan otaqların qiymətində artım olduğundan yüngül həyat tərzi keçirən qadınlarla münasibətdə olmaq üçün əsasən bir qədər ucuz otaqlardan daha çox istifadə olunur. Bundan başqa, bildirilir ki, «Clear» hotelinə kənardan da qız gətirmək mümkündür. Bunun üçün heç kim səndən müvafiq sənəd-filan istəyən deyil. Çünki hotelin əməkdaşları vəziyyətin nə yerdə olduğunu, müştərinin hansı məqsəd üçün bu obyektə üz tutduğunu çox yaxşı bilirlər. Görünür, əxlaqsız yuvası kimi fəaliyyət göstərən «Clear»a himayədarlıq edənlər, bu obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, qadınları müəyyən məbləğ pulun qarşılığında satışa çıxaranlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur. Lakin nədənsə bu cinayət əməlinə görə əxlaqsızlıq yuvasının sahiblərini – Fəxrəddin və Fikrət Feyziyev qardaşlarını qanuna müvafiq formada cəzalandıran yoxdur». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.