Bu gün:
Xezer.info » Dünya » “Qondarma Qarabağ rəhbərliyi “8-ci kolon”dur”

“Qondarma Qarabağ rəhbərliyi “8-ci kolon”dur”



Ermənistanın 30 illik siyasi tarixi ərazində ilk dəfədir ki, Qarabağ separatçıları “qondarma” kimi təqdim olunub. Tribunainfo.az xəbər verir ki, bu cəsarətli açıqlamanı isə politoloq Davit Stepanyan verib.

O deyib ki, Ermənistanda qondarma Qarabağ rəsmilərinin olması yalnız Rusiyaya sərfəlidir. “Əgər belə olmasaydı, Samvel Şahramanyan Ermənistana helikopterlə gəlmək əvəzinə, indi Bakı həbsxanasında olardı. Əgər o, buradadırsa, deməli, onun xüsusi missiyası var və o, öz imkanları, gücü daxilində həmin missiyanı yerinə yetirməyə çalışır”.
Stepanyan bildirib ki, Şahramanyan və digərlərinin vəzifəsi vəziyyəti daxildən gərginləşdirmək, ölkədə hələ həyata keçirilməyən problemlər yaratmaqdır. “Bu adamlar Ermənistanda “5-ci kalon”un bir hissəsidir”.Onun sözlərinə görə, separatçılar uzun müddətdir ki, Rusiyanın maraqlarını qoruyur. “Hətta öz xalqının maraqlarını belə üstün tutmurlar. Qarabağın dağıdılmasının səbəblərindən biri də budur”.