Bu gün:
Xezer.info » Bu gün » Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın rüşvətxorluq əməlləri - FAKTLAR

Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın rüşvətxorluq əməlləri - FAKTLAR


Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın rüşvətxorluq əməlləri - FAKTLAR
Astara Təhsil Şöbəsinin müdüri Qızbəs Məmmədovanın rüşvətxorluq əməlləri - FAKTLAR
Məmmədova rayon təhsil şöbəsinə müdür keçəndən bəri Astara təhsil sistemində heç bir islahat aparmayıb.
Və təhsilə heç bir yenilik gətirməyib. Əksinə təhsilin vəziyyətini günü -gündən pisləşdirib. Təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bu illər ərzində bu şəxs ancaq öz maraqları naminə çalışıb. Yalnız özünü düşünən şöbə müdiri təhsildəki problemlərin həllinə çalışmayıb. Və bunun nəticəsidir ki, bu problemlər getdikcə də çoxalıb. Ona görə də bu gün Astara təhsil sistemindən danışanda yada ancaq oradakı mövcud problemlər düşür. Qəzetimizə məlumat verən etibarlı mənbənin sözlərinə görə, şöbə müdiri təhsil sistemində problemləri ört-basdır etmək üçün məktəb direktorlarından nələrsə tələb edir. Tələb olunanı verməyəndə isə onları vəzifələrindən çıxaracağı ilə hədələyir. Məktəb direktorları isə tələb olunan pulu müəllimlərdən yığaraq şöbə müdirinə verirlər. Bunun isə bir ucu təbii ki, şagirdlərə sirayət edir. Belə ki, müəllimlər də onlardan yığılan pulu müəyyən bəhanələrlə şagirdlərdən toplayır. Bu isə sözsüz ki, Astara sakinlərinin narazılığına səbəb olur. Çünki hazırda cənub bölgəsində vətəndaşların maddi durumu çox aşağıdır. İnsanlar əzab-əziyyətlə bir tikə çörək pulu qazanırlar

Xezer.info yazır ki, telexeber.info-nun verdiyi xəbərə görə, Astara rayon üzrə 120 min manatlıq məktəb ləvazimatları yoxdur. Onların 37 min Motlayataq kənd tam orta məktəbə, 40 min Şümrüd kənd tam orta məktəbinə, qalanları Agkörpü və Asxanakəran kənd tam orta məktəblərinə güya verilib. Fakt bu levazimatlar yoxdur. İndi yavaş-yavaş onları silmək istəyirlər. 4 il əvvəl verilən malları necə silmək olar?
Astara rayonun dağ kəndlərinin orta və ibtidai sinif müəllimlərini ancaq Q.Məmmədova özü yerləşdirir, çünki onlardan pul ala bilir. Hansından ala bilir vakansiya verir. Bu müəllimlər də uşaqları elə öyrədirlər ki, heç olmasa 4-5 nəfər məktəblər üzrə şagirdlər öz adlarını yaza bilməsinlər. Yuxarı siniflərə keçəndə imtahanlardan keçə bilməsinlər. Ona görə ki, məktəb direktorları və yuxarı sinif müəlimləri cəzalandırılsın. Bu halda direktorlar ya vəzifədən getməlidirlər, ya da vəzifələrində qalmaq üçün 4-5 min manat pul verməlidirlər.
Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova Astaranın bütün məktəblərində 10 nəfərdən az şagird varsa, "həmin sinifləri ləğv edirəm, ya da həmin siniflərdə neçə saat dərs varsa sinifi saxlamaq üçün hər saat üçün 15 manat alıram" deyir. Hansı direktordan bir dəfəlik bu rüşvəti alırsa həmin məktəbə də sinif verir.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardı var........\