ABŞ-da Səddam Hüseynin işgəncə evi olub
15-okt-2016Səddam Hüseynin Nyu-Yorkun varlı Yuxarı Şərq Məhəllləsində gizli işgəncə kamerası saxladığı iddia olunur.
Devrilmiş İraq diktatoru 1979-cu ildə hakimiyyətə yüksəldikdən sonra İraq Respublikasının Daimi Missiyasının binasında “saxlama kamerası” hazırlatdırıbmış.
Nyu-York Posta anonim şəkildə danışan iki İraq rəsmisinə görə, kəşfiyyat orqanı Muxabarat bəzi iraqlıları ABŞ-da həbsdə saxlayaraq, onların İraqdakı ailələrinə təzyiq vasitəsi kimi istifadə edib. Onlar 15 gün həbsdə saxlanılıb.
“Bu, qaranlıq otaq idi. Qapılar elə bağlanılmışdı ki, heç kim onu aça bilmirdi. Onlar səskeçirməz idi”, – rəsmilərdən biri deyib.
“Sən ordan heç kimin qışqırığını eşidə bilməzdin”, – digəri əlavə edib.
Onlar bildirib ki, Muxabarat agentləri kamerada məhbuslara işgəncə verib. Məhbusların dırnaqları çıxardılıb, möhkəm döyülüblər.