Dolların taleyi ilə bağlı vacib AÇIQLAMA
15-okt-2016"Faiz dərəcələrini verilən proqnozlardan daha tez artırmaq məcburiyyətində qala bilərik".
Xezer.info axar.az-a istinadən bildirir ki, bunu Boston Federal Ehtiyatlar Bankının sədri Erik Rozenqren deyib.
E.Rozenqren qeyd edib ki, FES-in bu qədər çox gözləməsi faiz dərəcələrində daha yüksək artıma səbəb ola bilər. Sədr iqtisadiyyatın tam məşğulluğa və inflyasiya hədəfinə yaxın olduğunu və faizlərin artırılmasına ehtiyac yarandığını deyib. O, qeyd edib ki, dekabr ayında faiz artımı daha uyğun görünür.
FES-in növbəti iclası noyabrda ABŞ-da prezident seçkilərindən 6 gün əvvəl baş tutacaq.