Bu gün:
Xezer.info » Siyasət » Rusiyanın xarici borcu və valyutaehtiyatları azalıb

Rusiyanın xarici borcu və valyutaehtiyatları azalıb


Rusiyanın xarici borcu və valyutaehtiyatları azalıb
Rusiyanın xarici borcu 2016-cı il oktyabrın 1-nə illik müqayisədə 2,6 mlrd. ABŞ dolları və ya 0,5% azalaraq 516,1 mlrd. dollar təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) açıqlama verib.
Açıqlamada sentyabrın 30-da oktyabrın 7-də Rusiyanın valyuta ehtiyatlarının 2,3 mlrd. dollar və ya 0,6% azalaraq 395,4 mlrd. dollar təşkil etdiyi də vurğulanıb.

Bankdan verilən məlumata görə, Rusiyanın xarici borcunun daralması əsasən bank sektorunun xarici öhdəliklərini azaltması hesabına baş verib.

Digər sektorların xarici borcu isə ümumilikdə dəyişməyib. Dövlət idarəetməsində olan təşkilatların xarici borcu ilin əvvəlindən 25% artaraq 38,4 mlrd. dollara və ya məcmu borcun 7,4%-nə çatıb. Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi bu il 3 mlrd. dollar həcmində avrobond yerləşdirib.

Nəticədə Rusiyanın xarici borcunun valyuta ehtiyatlarında xüsusi çəkisi 76,6% təşkil edib.