Bu gün:
Xezer.info » Bu gün » “Təfəkkür” və Azərbaycan Turizm və Menecment Universitetlərində Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin növbəti mərhələsi keçirilib.

“Təfəkkür” və Azərbaycan Turizm və Menecment Universitetlərində Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin növbəti mərhələsi keçirilib.


“Təfəkkür” və Azərbaycan Turizm və Menecment Universitetlərində  Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında  “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin  növbəti mərhələsi keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin növbəti mərhələsi keçirilib.

Qeyd edək ki, 13 oktyabr 2016-cı il tarixdə “Təfəkkür” Universitetində və Azərbaycan Turizm və Menecment Universitetində adı çəkilən ali təhsil müəsisələrinin və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin iştirakı ilə layihənin növbəti mərhələsi keçirilib.

Tədbirin rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzalı, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı və 300 nəfər fəal gənc iştirak etmişlər.

“Təfəkkür” Universitetinin Tələbə - Gənclər Təşkilatının sədri Asəf Cabbarlı və Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzalı tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişlər.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclər arasında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və iqtisadiyyatı haqqında bilik yarışmasının keçirilməsidir. Eyni zamanda gənclərimizin bu istiqamtdə vətənpər ruhunda böyüməsi üçün öz vətənləri haqqında biliklərinin artırılması, həmçinin qimətləndirməsidir. Bununla yanaşı dövlətimizin 25 illik müstəqillik tariximizdə əldə olunan uğurlar, nailiyyətlər cəmiyyətdə təbliğ edilməsidir. Layihə qarşısında qoyulan vəzifələr dövlət müstəqilliyimizin 25 ildə qazandığı uğurlara gənclərin baxışının öyrənilməsidir. Həmçinin gənclərimizin öz vətəni haqqında biliklərinin qiymətləndirilməsidir, eyni zamanda artırılmasıdır. Gənclərin formalaşmasında və vətənə bağlılığı sahəsində işlərin aparılmasıdır. Layihə üzrə vəzifə və məqsəd həm bilik yarışmasının keçirilməsi, eyni zamanda dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar uğurlar və nailiyyətlərin təbliği, gənclərin dövlət müstəqilliyinə baxışının təhlil edilməsidir və vətənə bağlılığının artırılmasıdır. Bu baxımdan bu tədbirlərin keçirilməsi, layihənin