Bu gün:
Xezer.info » Siyasət » Britaniyadan Bəşər Əsədin taleyini dəyişdirə biləcək açıqlama

Britaniyadan Bəşər Əsədin taleyini dəyişdirə biləcək açıqlama


Britaniyadan Bəşər Əsədin taleyini dəyişdirə biləcək açıqlama
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson hesab edir ki, Suriyadakı vəziyyətin hərbi yolla həlli metodlarına qayıtmaq lazımdır.
Avropa.info xəbər verir ki, o, Əsəd rejiminə qarşı güc tətbiq edilməsinin vacibliyini qeyd edib. Bu barədə o, parlamentin beynəlxalq komitəsinin iclasında danışıb. Consonun sözlərinə görə, Suriyanın gələcəyi ilə bağlı aparılan danışıqlar öz imkanlarını tükədib. Qərb daha “dinamik addımlar” atmağa hazırdır.
Conson əlavə edib ki, o, Suriyanın gələcəyini Bəşər Əsədsiz görür. Onun fikrinə görə, Səudiyyə Ərəbistanın rəhbərliyi altındakı üsyançılar koalisiyası “proqressiv” dəyərlərə malikdir.