Mingəçevirin rəisi 45 yaşa qədər qadınların işləməsini qadağan edib? - İDDİA
12-okt-2016Ötən gün Mingəçevir Rayon Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradovun əməlləri ilə bağlı yazını təqdim etmişdik. Bu gün rəislə bağlı yeni məlumatlar yayılıb. Cavid Muradovun şəxsi göstərişinə əsasən bir sıra müəssisələrdə, restoranlarda, çay evlərində, marketlərdə 45 yaşına qədər olan qadınlar işləyə bilməz. Bu kimi obyekt sahibləri rəisin dediklərinə riayət etmədikləri təqdirdə rəis müavini (Mehman - red.) həmin obyektin sahiblərinə qarşı "kriminal avtoritet” kimi davranmağa başlayır. Saytın redaksiyasına göndərilən müraciətdə deyilir ki, 45 yaşına qədər qadın işçi götürmək istəyən obyekt sahibləri bunun üçün rəisə kifayət qədər ciddi "haqq” verməlidirlər. Sahibkarlar qeyd edirlər ki, rəis onların qarşısında iki yol qoyub: ya qadınlar işləməməli, ya da aylıq haqq ödənməlidir. Məsələ ilə bağlı qarşı tərəfin və Daxili İşlər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.gundelik-baku