Gəncənin Fətullahçı deputatı təlaşda: Naqif Həmzəyevin adı yeni dosyedə
10-okt-2016Gəncədən milli məclisə mandat alan Naqif Həmzəyevə yaxın mənbədən sızdırılan məlumatda qeyd olunur ki, “Gülənçi” şəbəkənin ölkədə əsas üzvlərindən olan deputat təlaş içindədir. Buna səbəb “FETÖ”-çularla bağlı Türkiyə xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə təqdim etdikləri yeni siyahıdır. Həmin siyahıda Naqif Həmzəyevin adının ön sıralarda yazılması gənc təxribatçı millət vəkilini də narahat edir.
Xatırladım ki, bir müddət öncə Naqif Həmzəyevin qaranlıq keçmişi ilə bağlı məlumat dərc etmişdi. “Gülənçi şəbəkənin gizli siması – Naqif Həmzəyev” başlıqlı yazıda deputatın qanunsuz əməllərindən və “FETÖ”-çularla işbirliyindən bəhs olunurdu. Yazıda qey olunanlara diqqət edək: “Son dövrlər ölkədə Gülən şəbəkəsinin üzvlərinin fəallaşması barədə cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Maraqlısı odur ki, şəbəkənin üzvləri sırasında adları çəkilən şəxslərin yüksək tribunaya və mövqeyə malik olduqları önə çəkilir. Realliq.info və Realliq qəzetinin araşdırmasına görə Gülənçilər arasında bəzi millət vəkillər də var ki, onlar dövlət üçün daim təhlükə hesab oluna bilər. Saytın araşdırmasına görə Gülən məktəbinin yetirməsi olanlardan biri də Gəncədən milli məclisə mandat almış Naqif Həmzəyevdir. Uzun müddət bu şəxsin qaranlıq fəaliyyəti barədə mediada eyhamlar var. Lakin, Naqif Həmzəyevin qısa zamanda Gəncənin İcra başçısının müavini, eyni zamanda Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatının sədri və sonralar millət vəkili kimi önəmli postlara çəkilməsi nəzərdən yayınmır. Realliq.info qeyd edir ki, Naqifin önəmli vəzifələrə çəkilməsində hakimiyyətdə olan gülənçi şəbəkəsinin böyük rolu var. Hazırda Fətullah Gülən siyasətini həyata keçirən deputatın Dövlət üçün təhlükəli fiqurlar sırasına daxil edilməsi gərəksədə aidiyyatı qurumlar susmağa üstünlük verir. Mövzu ilə bağlı geniş araşdırmalarımız davam edir və yaxın günlərdə Gülənçi deputatın ilginc keçmisi və qaranlıq fəaliyyəti ilə bağlı geniş məlumat verəcəyik.
Xatırladım ki, Naqif Həmzəyev Fətullah Gülənə olan sevgisini gizlətməkdən çəkinməyib və bunu əməlləri ilə subut etməyə çalışır. Bir müddət öncə Naqif Həmzəyevin özbaşınalığı və qanunsuz əməlləri barədə ölkə mediasında imzamla yazılar dərc olunmuşdu. Həmin məqalələrdə “Gülənçi” deputatın qaranlıq fəaliyyətinə toxunulub. Qeyd edirik ki, məqalələrdə Məhəmməd Əmin Rəsulzadəni satqın adlandıran və Gəncədən milli məclisə mandat alan Naqif Həmzəyevin ermənilərlə qohumluq əlaqələri meydana çıxıb. Maraqlıdır ki, şərqdə ilk Demokratik Cumhuriyyətin qurucusunu təhqir edən şəxs bu gün millətin vəkili adı ilə ali orqanda oturub və hüquqların təminatçısı rolunda bir tribunanı zəbt edib.
Mən uzun illər Gəncədə yaşamışam və gəncəlilərin dövlətinə çox sadiq olduğunu əminliklə söyləyə bilərəm. Lakin, sonradan şəhərdə peyda olan Naqif kimilərin şəhərin adından önə çəkilmələri bir çox gəncəlilər kimi məni də düşündürürdü. Naqif Həmzəyev haqqında və keçmişi ilə bağlı məlumatlar əldə edərkən maraqlı bir fakt diqqətimi çəkdi. Gəncəlilərlə söhbətim zamanı önə çəkilən bu məsələni araşdıranda məlum oldu ki, Rəsulzadəni satqın adlandıran deputat özü vətənimizin düşmənləri ilə çox yaxın qohumluq əlaqələri qurub. Dövlət qurucularını xəyanətdə günahlandıran Naqif Həmzəyevin bu qohumluq əlaqələri Rəsulzadəyə əsl nifrətin səbəbini açıqlamış oldu.
Faktlara diqqət edəndə məlum olur ki, Gəncənin gənc deputatının qaynanası ermənidir. Bununla yanaşı Naqif Həmzəyev həyat yoldaşının qohumlarını da Gəncədə vəzifələrə çəkməklə ermənilərlə qan bağlılığı olanlara sevgisini gizlətməyir (Deputatın bacanağı Arif Qəmbərov da Gəncədə mühüm vəzifə tutur və bu barədə araşdırmalarımız davam edir. İkram Rafiqoğlu). Bu faktlar əslində millət vəkili adını daşıyan şəxsin əsl kimliyinə və Rəsulzadəyə nifrətinə aydınlıq gətirmiş olur. Realliq.info qeyd edir ki, Gəncənin deputatının özbaşınalığı və bu millətə sayğısızlığı təkcə bunlarla bitmir. Xatırladım ki, bir müddət öncə Gəncədə millət vəkilinin qardaşının bıçaqlandığı haqqında məlumatlar mediada dolaşdı. Həmin hadisənin gerçək baş vermə səbəbi bu günə qədər qaranlıq qalmışdı. Xatırladım ki, deputat qardaşı Saqif Həmzəyevi özünə sürücü kimi işə götürüb. Saqif Həmhəyev Gəncədə tez-tez sərxoş vəziyyətdə avtoxuliqanlıq etməklə diqqət mərkəzinə düşür. Bir müddət öncə Yeni Gəncə qəsəbəsində yerləşən restoranların birində özünə kef məclisi açan Saqif Həmzəyev, sərxoş olandan sonra ətrafdakıları təhqir etməyə başlayır. Gəncəlilərin ünvanına xoşagəlməz ifadələr işlədən deputatın qardaşını sakitləşdirə bilmirlər. Millətin ünvanına söyüşləri davam etdirən Saqif Həmzəyevin əxlaqsız əməllərinə restoranda çörək yeyən gənclərdən birinin əsəbləri tap gətirmir və o deputatın qardaşını susdurmaq üçün bıçağa əl atır. Münaqişə zamanı Saqif Həmzəyev bədəninin yumşaq yerindən, daha doğrusu bud nayihəsinin yuxarısı yəni arxa tərəfindən yüngül xəsarət alır. Hadisədən sonra əsəbləşən deputat Naqif Həmzəyev qardaşının əxlaqsız hərəkətlərinə, milləti təhqir etməsinə biganə qalmayan gənci həbs etdirir və tutduğu mövqeyindən istifadə edərək ona daha ağır cəza verilməsinə nail olur.
Qəribədir ki, bu hadisədən sonra da deputatın qardaşı şəhərdə eyni hərəkətlərini davam etdirir. Şəhərin yollarında sərxoş maşın idarə edən və avto xuliqanlıq edən şəxsə kimsə qanunları xatırlatmır və cəzalandırmır. Hamı deputat qardaşının özbaşınalığına susur və onun növbəti qanunsuz əməllərinə şərait yaradır. Qanun keşikçilərimiz Naqif Həmzəyevin qardaşı və sürücüsünü qorumaqla Gəncədə narazı insanların sayını artırmağa çalışmaqdadırlar. Deputat isə millətə nifrətini müxtəlif yollarla nümayiş etdirməkdə davam edir”.
Bir sıra həqiqətlərin və qeyd olunan faktların Türkiyə xüsusi xidmət orqanlarının haqlı narahatçılığına səbəb olduğunu anlamaq çətin deyil. Qısa zamanda Azərbaycanda “FETÖ”-çuların dəstəyi ilə vəzifələrə daşınan Naqif Həmzəyevin adının gülənçi siyahısında ön sıralarda olması onun dövlət üçün təhlükəli olmasından xəbər verir. Nəzərə alsaq ki, Naqif Həmzəyevin xəyanət dolu fəaliyyəti artıq ifşa olunub o zaman təhlükənin də zərərsizləşdiriləcəyinə inanmaq olar.
Mövzuya qayıdacağıq.cumhuriyyet.az/