İran telekanalından gülməli skandal:Məsumənin məsumiyyəti
10-okt-2016İran mediası bu gün ciddi bir məhrəmiyyət skandalına imza atıb.
Strateq.az xəbər verir ki, skandalın səbəbi İranda səfərdə olan Almaniyann Ekologiya nazirinin saçları olub.
Bildirildiyinə görə, almaniyalı nazir Barbara Hendrikin saçlarının qısa olması bir İran telekanalını çaşdırıb. Onu kişi zənn edən telekanal ölkə prezidentinin müavini Məsumə Əbtəkarın tərəf-müqabiliylə əl verib görüşməsini sərt dillə qınayıb. “Bir naməhrəmin əlini sıxdığı” üçün ağır tənqid atəşinə tutulan Məsumənin məsuməliyi məlum olandan sonra belə, telekanal hadisə ilə bağlı heç bir şərh verməyib. Telekanalının bu səhvi isə alman mediasında əsl lağ mövzusuna çevrilib.
Qeyd edək ki, İranda əks-cinsdən olan rəsmilərin bir-biriylə görüşməməsinə xüsusi diqqətlə yanaşılır və məhrəmiyyətin qorunmasına çalışılır.