Ermənistanda həbsxana direktorunun avtomobili partladılıb
10-okt-2016Ötən gecə Ermənistanda naməlum şəxslər Vanadzor həbsxanasının direktorunun "Niva” markalı avtomobilini partladıblar.
Bu barədə "Novosti Armenii” məlumat yayıb.
Hadisə gecə saat 02.30 radələrində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış anında avtomobildə heç kəs olmayıb.
Polis araşdırma aparır./apa