Bu gün:
Xezer.info » Xəbər » Qurbanovun Rövşən Lənkəranskidən cinayət xahişi-ŞOK İDDİA

Qurbanovun Rövşən Lənkəranskidən cinayət xahişi-ŞOK İDDİA


Qurbanovun Rövşən Lənkəranskidən cinayət xahişi-ŞOK İDDİA
Bir neçə gün öncə xəbər portallarından birində Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcər rayonundan millət vəkili Cavid Qurbanovun adının əslən Naxçıvandan olan iş adamı Xanbəyi Zamanov qətlində hallandırılırdı. Əslən Kəlbəcər rayonundan məcburi köçkün olan Nemət Abdullayev tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmiş Zamanovun öldürülməsinin əsl həqiqətləri bu günə kimi də müəmma olaraq saxlanılsa da, bir gün əsl həqiqətlərin aydınlığa çıxacağı şübhəsizdir. Çünki el arasında işlənən məşhur bir misalda da deyildiyi kimi, "40 gün" çəksə belə heç bir gizlin əbədi qalmır, zamanı gəlincə ifşa olunaraq günahkarlar cəzalandırılır. Bəşəriyyətin düzəni məhz bunun üzərində qurulub. Bu gün sizlərə illər öncə baş vermiş bir cinayət hadisəsi barədə danışacağıq.

Ajantv.com-un əldə etdiyi məlumata görə hazırda rəhbəri olduğu qurumun tabeçiliyində fəaliyyət göstərən "Dəmiryoltikintiservis" İstehsalat Birliyinin direktoru vəzifəsində işlədiyi zaman Cavid Qurbanov faktiki olaraq həmin vaxt fəaliyyəti dayandırılmış MMC-lərlə etdikləri böyük məbləğdə maliyyə fırıldaqları zamanı həmin MMC-lərdən birinin rəhbərinə çatacaq olan külli miqdarda "pay" onun təmsil olunduğu "kuruq" tərəfindən verilmir və həmin iş adamı olan "Siqma CO" MMC-nin direktoru Eldar Məmmədovun haqqını tələb edən cinayət aləmində kifayət qədər tanınan "Naxçıvanlı Kəramət" Səbail rayon ərazisində elə həmin pul söhbətinin "razborka"sında güllələnir. Kəraməti vuran şəxs isə həmin vaxt 19 yaşı olan mərhum Lənkəranlı Rövşən olur. Bir çox gizli siyasi oyunlarda, dini cərəyanlarla bağlantılarda və cinayət hadisələrində adı keçsə də heç vaxt rəsmi sənədlərdə istintaq orqanları tərəfindən dindirilməyən Cavid Qurbanov bu məsələdə də istintaqdan yayına bildi. Ümumilli Lider Heydər Əliyev tərəfindən işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan olunsa da bir müddət RF-yə qaçaraq gizlənməyə nail olmuş Qurbanovun həmin cinayət işi bağlandıqdan sonra respublikamıza qayıtması və Dövlət Dəmir Yolu idarəsinin tabeçiliyindəki trestdə müdir işləməsi, daha sonra isə Kəramət Məmmədovun güllələnməsi olayında adı hallansa da həmin vaxt ictimailəşmədiyi üçün cinayət məsuliyyətindən kənarda qalması Qurbanovun növbəti belə məsələlərdə adının hallanmasına gətirib çıxardı.
Mövzuya qayıdacağıq..