Bu gün:
Xezer.info » Sosial » Bahalaşma ajiotajı

Bahalaşma ajiotajı


Bahalaşma ajiotajı
“Kolbasa və sosiskanın qiyməti qalxacaq” - bahalaşma ajiotajı

“Toyuq ətinin gömrük rüsumlarının artırılmasının nəticələri haqqında bir neçə dəfə yazı yazdım. Bir neçə müsahibə verdim, yolun yanlış olduğunu, daxili istehsalçıya heç bir xeyri olmayacağını söylədim.
Son zərbənin istehlakçıya dəyəcəyini, yerli şirkətlərin toyuqdan hazırladığı kolbasa, sosiska və digər yarımfabrikat məhsullarının məhz idxal olunan ətdən istehsal edildiyini dedim. Nə fayda, dinləyən, nəticə çıxaran yoxdur ki, yoxdur”.

Politika.Az xəbər verir ki, bu sətirləri iqtisadçı Natiq Cəfərli yazıb.

Onun sözlərinə görə, bu gün yerli istehsalçı olan “Səba” şirkətində 60 nəfər işdən azad edilib:

“Yerdə qalanların maaşları isə 40% azaldılıb - bu da sizə yerli istehsalçıya dəstək addımları, qərardan hələ heç 5 gün keçməyib.

Çox güman, Səba öz xərclərini azaldır, bilir ki, daha xaricdən məhsul alıb, qablaşdırmaq, yarımfabrikatlar və hazır məhsullar istehsal etmək sərfəli olmayacaq, yerli kolbasa və sosiskanın qiyməti qalxacaq.

Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq. Multfilm davam edir ölkədə”.