Qarabağ əlili özünü yandırdı
07-okt-2016Qarabağ müharibəsi əlili Sumqayıtda özünü yandırıb.
Virtualaz.org xəbər verir ki, Cəmil Məmmədov yol polisi əməkdaşlarının onun avtomobilini cərimə meydançasına aparmalarına etiraz əlaməti olaraq üstünə benzin töküb və özünü yandırıb.
Hazırda o, bədəninin 80 faizi yandığı üçün 5 saylı xəstəxanaya yerləşdirilib.