Bu gün:
Xezer.info » Sosial » Uşağı yanan ana fəryad edir — 5 saylı xəstəxanada rəzalət

Uşağı yanan ana fəryad edir — 5 saylı xəstəxanada rəzalət


Uşağı yanan ana fəryad edir — 5 saylı xəstəxanada rəzalət
Bakıda yerləşən 5 saylı xəstəxananın yanıq mərkəzində müalicə alan 2 yaşlı Allahverdiyev Elmir Elvin oğlunun valideynləri tibb müəssisəsində onlara olan münasibətdən narazıdırlar.

Körpənin anası Günel Əliyevanın Ölkə.Az-a verdiyi məlumata görə, onlardan rüşvət tələb olunur:

"Dünən uşağın nənəsi 4 manat verib, üzünə çırpırlar ki, bu nədir, azdır. Bizim də imkanımız çatmır".

Qeyd edək ki, körpəyə qan vermək, kömək etmək üçün 055 270 67 06 nömrəsiylə əlaqə saxlaya bilərsiniz.

Mövzunu diqqətdə saxlayacağıq.