Ət və çörək yenə bahalaşdı - FOTO
05-okt-2016Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır. Qaynarinfo.Az xəbər verir ki, alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.
“Qafqazinfo” məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur: “Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.
Moderator.az-ın məlumatına görə isə “Bazar Store”da çörəyin qiymətində növbəti dəfə bahalaşma müşahidə olunub.
4 ay bundan öncə qiyməti 30 qəpiyə olan zavod çörəyi hazırda 50 qəpiyə satılır.
Qeyd edək ki, hələ ötən həftə bu çörəyin qiyməti 40 qəpik idi.