Bu gün:
Xezer.info » Dünya » Ərdoğanın bütün oyunu... – Heydər Camaldan şok şərh

Ərdoğanın bütün oyunu... – Heydər Camaldan şok şərh


Ərdoğanın bütün oyunu... – Heydər Camaldan şok şərh
Türkiyədə hakimiyyətə Müsəlman Qardaşlarının ideologiyasına yaxın partiya hakimiyyətə gəldikdən sonra bu ölkə beynəlxalq siyasətin subyekti oldu.

Axar.az xəbər verir ki, bunu “Novosti.az” saytına açıqlamasında rusiyalı politoloq Heydər Camal söyləyib. Onun sözlərinə görə, Ərdoğanın “qonşularla sıfır problem” siyasətindən Suriya konfliktinə müdaxiləyə qədər apardığı bütün oyun Türkiyənin regional güc olmasına hesablanıb:

“Birinci Dünya müharibəsinə qədər Osmanlı imperiyası dünyanın böyük güclərinin sırasına daxil idi. Bu status iki səbəbdən qorunurdu. Birinci səbəb o idi ki, Türkiyə o zaman xilafətin sonuncu coğrafi bazası idi. Nəhəng islam dünyasının mərkəzi olmaqla, o öz suverenliyini Qərblə ağır mübarizədə müdafiə edirdi. Bu statusun ikinci səbəbi o idi ki, Türkiyə həm də Bizansın müsəlman ölkəsi formasında birbaşa varisi hesab edilirdi.

Türkiyə hazırda Avropadan daha ağır güc mərkəzidir. Bu ilk baxışda cəfəngiyyat kimi görünə bilər. Belə ki, Avropa Birliyinin əhalisi Türkiyədən ən azı altı dəfə çoxdur. AB-nin ümumdaxili məhsulu dünyanın ümumdaxili məhsulunun dörddə birini təşkil edir. Buna uyğun çox şey söyləmək olar. Lakin İkinci Dünya müharibəsində yeni konsepsiya yarandı. Geosiyasi liliput, amma əvəzində iqtisadi giqant... Bu cür adla hər kəsdən öncə Yaponiya və Almaniya çağırıldı. Onlar iqtisadi nəhəng olsalar da, öz suverenliklərini ABŞ qarşısında itirdilər. Bu qəlibə AB-ni də salmaq olar.

İndi bu böyük birlik siyasi güc kimi heç nədir. 80 milyonluq Türkiyə onunla müqayisədə daha güclü oyunçudur. Türkiyə xalqı qiyamçıların qarşısında, hakimiyyətlə bütün fikir ayrılıqlarına rəğmən, dayandı. Bununla onlar ölkənin tarixi böyüklüyünü qaytarmaq üçün zamin gördükləri Ərdoğandan əl çəkmədilər”.