Bu gün:
Xezer.info » Kriminal » "AMAY Abdulla" azadlığa çıxdı - Məhkəmə qərarı

"AMAY Abdulla" azadlığa çıxdı - Məhkəmə qərarı


"AMAY Abdulla" azadlığa çıxdı - Məhkəmə qərarıBu gün Ali Məıhkəmədə dələduzluqda və mənimsəmədə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

Bu barədə "Report”a vəkil Şahin Rəfiyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilməli olan prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Abdullayevin cinayət işində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddələri hissəsinə xitam verilib. Məcəllənin 70-ci maddə tətbiq edilib, o, 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev kassasiya şikayətini geri götürdüyünü bildirib.