Şəmkirdə toyda kütləvi dava baş verib – İki nəfər bıçaqlanıb
04-okt-2016Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.
Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.