Bu gün:
Xezer.info » Xəbər » İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...

İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...


İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...
4 ay əvvəldə Beyləqanda inşa edilən iki tualetə təqribən 100 min dollar vəsaitin xərclənməsi mətbuatda təəssümblə qarşılanmışdı.

Bu boyda pulun iki tualetə xərclənməsi doğurdan böyük korrupsiya şübhələri yaratmışdı. Buna baxmayaraq, Azərbaycan məmurları üçün adi hal olan korrupsiya fəaliyyətində Yaponiya səfirinin iştirakı heç də inandırcı görünməmişdi. Aradan 4 ay keçməsinə və tualetlərin istifadə olmasına baxmayaraq, MilliYol.Az-ın apardığı araşdırma maraqlı nüansları ortaya qoyub.

Xatırladaq ki, 4 ay öncə ölkə mediasında Beyləqan rayonunda fəaliyyət göstərən orta məktəblərdə Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” vasitəsilə Yaponiya dövlətinin ölkəmizdəki səfiriliyinin maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən tikilən “təmtəraqlı tualet açılışı” edilməsi ilə bağlı xəbərlər gündəmi zəbt etmişdi. Həmin xəbərlərdə qeyd edilirdi ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə 90 min 300 dollara başa gələn 2 orta - 1 və 4 nömrəli məktəblərdə tikilən tualetlərin açılışı ilə bağlı “təmtəraqlı” tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov (işdən çıxarııb), məktəb kollektivi və valideynlər iştirak edib.

Əslində Yaponiya səfirliyinin Beyləqan şəhər orta məktəblərində tualet tikdirməsi alqışlanası bir haldır. Çünki orta məktəblərdə gigiyena qaydalarının və təmizliyin olması üçün standartlara uyğun tuletin vacibliyi mütləqdir. Yaponiya səfirliyi ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən orta məktəblərdə bu cür müasir standartlara cavab verən tualetlər tikib. Səfirliyin belə bir xoş məramlı işlərini alqışalamaqla bərabər, buna görə cənab səfir Tsuquo Takahaşiyə minnətdarlığımızı bildiririk.

Keçək MilliYol.Az-ın apardığı araşdırma zamanı ortaya çıxan maraqlı məqamlara. Araşdırmamızın nəticələrinə əsaslansaq deyə bilərik ki, Beyləqanda tikilən iki tualetin inşası zamanı Yapniya səfiri deyil, layihənin icraçısına cavabdeh Yerli İdarəetməyə Yardım İctimai Birliyi və həmin təşkilatın sədri Vüsal Mirzəyevlə Beyləqan rayon icra başçısı Vaqif Abdullayev qazanclı çıxıblar. Həm də bu qazanc 50 min manat təşkil edib.

Hər kəsə aydındır ki, Yaponiya səfirliyinin maliyyə vəsaiti ayırdığı Yerli İdarəetməyə Yardım İctimai Birliyinin iki tualet üçün milli valyuta ilə tam 135 min 500 manat vəsait xərcləməsi fantastikadır. Əldə etdiyimiz məlumata görə, 1 və 4 nömrəli orta məktəblərdə tualetlərin tikintisini Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev Beyləqan rayonunda əməkdaşlıq etdiyi dostlarının, daha doğrusu icra başçısı Vaqif Abdullayevə aid olan şirkətlə həyata keçirib. Yəni Yaponiya səfirliyindən Yerli İdarəetməyə Yardım İctimai Birliyinə daxil olan maliyyə vəsaiti tenderdə guya qalib gələn - adını dəqiqləşdirməkdə olduğumuz şirkətə köçürülüb. Beləliklə, Vüsal Mirzəyev, Beyləqan rayon Təhsil Şöbəsinin keçmiş müdiri Tofiq Sadıqov və Vaqif Abdullayevlə əlbir olaraq ayrılan vəsaitin böyük bir hissəsini mənimsəyiblər.

Yaponiya səfirliyinə təqdim olunan layihə tam fərqli, tikilən tualetlər isə tam fərqli olub. Misal üçün layihədə tualetlərin qoşa daşla inşa olunması göstərilsə də, tək daşla tikilib. Tikintidə istifadə olunan sanitar-qovşaq infrastrukturu layihədə alman istehsalı göstərilsə də, əslində isə yerli məhsuldan istifadə olunub. Bunun müqabilində isə alınan inşaat və sanitar-qovşaq infrastrukturu mallarının qiyməti bir neçə dəfə şişirdilib. Həmçinin layihədə göstərilən bir çox infrastrukturlar isə ümumiyyətlə inşa olunmayıb.

Məsələ ilə bağlı redaksiyamıza məlumat verən mənbə iddia edir ki, Yaponiya səfirinin tualet tikintisindən ən çox qazanan Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev və icra başçısı Vaqif Abdullayevdir. Mənbə iddia edir ki, hələ tualetlərin təməli atılan zaman icra başçısı QHT rəhbərini yanına çağıraraq tualet tikintisi üçün ayrılan vəsaitin 30 faizini, yəni 35 min dollarını nəğd şəkildə alıb. İcra başçısı QHT rəhbərinə bildirib ki, 35 min dollar verməsə, tualet tikintisini dayandıracaq və Yaponiya səfirini məlumatlandıracaq ki, ayrılan vəsait düzgün xərclənməyib. Vaqif Abdullayevin bu sözlərinin qarşısında tab gətirməyən QHT rəhbəri icra başçısının istədiyi pulu verməli olub.

Mənbəmiz qeyd edir ki, əslində tualet tikintisində külli miqdarda yeyinti olub. Məhz Vaqif Abdullayev bunları bildiyi üçün Yaponiya səfrinin tualet pulundan özünə pay götürməyi qarşısına məqsəd qoyub. Hər şeyi göz önünə alan icra başçısı ustaqlıla 35 min dollarını rahat şəkildə əldə edib. Bildirək ki, həmin vaxt dolların kursu 1 manat 42 qəpik idi və bu kursla Vaqif Abdullayev Yaponiya səfirinə 50 min manat pul “atıb”.

Mənbəmiz qeyd edir ki, icra başçısı Yaponiya səfiri Tsuquo Takahaşi ilə tualetin açılışında iştirak edərkən səfirin tualetləri tam olaraq gəzməsini və incələməsini müxtəlif üsullarla əngəlləyib. Məsələn, icra başçısı durmadan yapon səfirə minnətdarlıq etməsi ilə onun diqqətini yayındırıb. Daha sonra isə tələm-tələsik səfiri yemək süfrəsinə dəvət edib.

Qeyd edək ki, məsələ ilə bağlı Vaqif Abdullayevlə əlaqə saxlamağa çalışdıq. İcra başçısının şəxsi telefonunu başçının köməkçisi qaldırdı və bildirdi ki, başçı ilə danışdıqdan sonra məlumat veriləcək. Nə qədər gözləsək də, qarşı tərəfdən heç bir səs çıxmadı. Hətta icra başçısı zəhmət çəkib iddaları təkzib belə etmədi.

Məsələ ilə bağlı Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyevlə də əlaqə saxlamağa cəhd etdik. Lakin hörmətli Vüsal Mirzəeyvdə iddaları cavablandırmadı.

Yazıdakı iddialarla bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...
İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...
İcra başçısına ŞOK İTTİHAM - Səfirə də "atıbmış"...