Bu gün:
Xezer.info » Bu gün » Prezidentimizin bilmədiyiniz - VİDEOSU

Prezidentimizin bilmədiyiniz - VİDEOSU


Prezidentimizin bilmədiyiniz - VİDEOSU
Prezidentin irad bildirdiyi məmurun 3 il əvvəl ona verdiyi sözün

Ötən gün prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirakı zamanı maraqlı çıxışı ilə yadda qalıb.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı məmurlardan görülən işlərlə bağlı məlumatlar əldə edib.

Çıxış edən "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev nitqinibitirərkən maraqlı hadisə baş verib. Belə ki, prezident Muxtar Babayevin çıxışından sonra yumoristik iradla "Kimyaçılar Evi”nin inşası barədə Rövnəq Abdullayev vəMuxtar Babayevə verdiyi tapşırığın hələ də yerinə yetirilmədiyini bildirib.Azerinfo.az prezidentin bəhs etdiyi görüşün görüntülərini əldə edib. İlham Əliyevin 3 oktyabr 2013-cü il tarixində Sumqayıta səfəri zamanı Üzeyir Hacıbəyli adına "Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə də tanış olmuşdu.

Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun da iştirak etdiyi gəzintidə Rövnəq Abdullayev, Muxtar Babayev də iştirak etmişdi. Həmin görüşdə prezidentə sarayın qısa zamanda inşa ediləcəyi deyilib. Eyni zamanda sarayın görüntülərini əks etdirən fotoşəkillər də göstərilib. Ancaq sonradan tikinti işləri yarımçıq saxlanılıb və heç bir iş görülməyib.

Prezident növbəti səfəri zamanı mövcud vəziyyəti özü gördükdən sonra Muxtar Babayevin çıxışından sonra tikintinin yarımçıq saxlanması ilə bağlı iradını bildirib.

Prezidentin bəhs etdiyi həmin görüntüləri təqdim edirik: