Bu gün:
Xezer.info » Hadisə » "Prezidentin otağında bərk atışdıq və o mənə dedi ki, səni pəncərədən ataram"

"Prezidentin otağında bərk atışdıq və o mənə dedi ki, səni pəncərədən ataram"


"Prezidentin otağında bərk atışdıq və o mənə dedi ki, səni pəncərədən ataram""Sakitcə dedim ki, burada yox, kişisən çıxaq bayıra, dərhal güldü ki, zarafat elədim"Gəncə hadisələrinin 23-cü ildönümündə tanınmış hüquqşünas Aslan İsmayılovun Moderator.az-a verdiyi sensasion müsahibənin rezonansı hələ də ortalığı toz-dumana bürüyüb...

Həmin hadisələr zamanı Gəncəyə gedən deputat istintaq komissiyasının üzvü olan keçmiş nazir Tahir Əliyevin bu gün Moderator.az-da Aslan İsmayılovun barəsində səsləndirdiyi bir fikirə (Tahir Əliyevin açıqlamasını bu linkə tıklamaqla oxumaq olar---moderator.az/news/140028.html) cavabı da cavabsız qalmadı.

Aslan İsmayılov bu dəfə daha kəskin ritorika ilə Tahir Əliyevə mesaj göndərdi:

Tahir Əliyevin cavabı ilə tanış oldum. İndi özünü elə aparır ki, sanki məni tanımır. Hələ 1989-cu ildə mən pespublika prokurorluğunda işləyəndə o Sumqayıt poilisində hansısa vəzifədə idi və çıxdığım məhkəməyə şahid daşıyırdı. Gəncə hadisələrində də çox mübahisəmiz olub. Onun elə böyük gövdəli olmasına baxmayın, ürəyi dovşan kimidir. Yadından çıxıbsa bircə epizodu xatırladım. O vaxtlar bütün günü mən Ali Sovetdə Prezidentin otağında dindirmələr aparırdım və o da ara - sıra ora gəlib şahidləri qiyamçıların xeyrinə yönləndirmək istəyirdi. Biz bərk atışdıq və o mənə dedi ki, səni pəncərədən ataram. Sakitcə dedim ki, burada yox, kişisən çıxaq bayıra. Dərhal güldü ki, zarafat elədim. Bundan az sonra da bizim otağa kostyum gətirdilər və o gülə - gülə dedi ki, indi "qardaşını daxili işlər naziri təyin edəcəklər" və getdi əynini dəyişməyə. Məhz buna görə keçib sessiya zalında oturdum. Tahir Etibarla gülərəkdən nə isə danışırdılar. Rəhmətlik Heydər Əliyev zala daxil olub elan elədi ki, daxili işlər naziri postuna Vaqif Novruzovu təklif edirəm. Səsvermə oldu və Vaqif Novruzov Daxili İşlər Naziri təyin edildi. Mən keçdim otağa. Bir azdan Tahir pərt şəkildə otağa gəldi. Gülə - gülə soruşdum: "Nə oldu nazir? Tahir isə " bizə atdılar" dedi. Məsləhət bilirəm ki, o və dəstəsi sussun. Danışdıqca batacaqlar".