Nazir:"Neft hasilatı 1 il müddətinə dondurula bilər"
29-sen-2016Sentyabrın 28-də Əlcəzairdə, beynəlxalq energetika forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib.
Bu barədə İraqın neft sənayesi naziri Cabbar əl-Laibi bildirib.
“Görüşdə hasilatın altı, doqquz və bir il müddətinə dondurulmasına dair təkliflər səsləndi. Yekun qərar OPEC-ə üzv ölkələrin noyabrda baş tutacaq görüşündə verilə bilər”, deyə nazir bildirib.
OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar. OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. M.Barkindo bildirib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib. (APA)