Separatçı Əlikram Hümbətovun qohumları və onu dəstəkləyənlər iş başında…
28-sen-2016Nazim Qardaşov Eldəniz Əkbərovun vasitəsilə 136 saylı orta məktəbin direktor müavini vəzifəsinə təyinat almaq üzrədir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyev də bu məsələdə ona yaxından köməklik göstərir Paytaxtın Xəzər rayonunda yerləşən Milli Qəhraman Rasim Mayıl oğlu Sadıqov adına 136 nömrəli tam orta məktəbin adı son zamanlar bir sıra xoşagəlməz olaylarda hallanır. Belə ki, adıçəkilən təhsil müəssisəsinin 1973-cü ildən fəaliyyət göstərdiyini qeyd edən məlumatlı şəxsin Haqqinsesi.com-la bölüşdüyü informasiyada deyilir ki, məktəbin direktoru, ixtisasca Azərbaycan dili, ədəbiyyat müəllimi olan Eldəniz Ağadədə oğlu Əkbərov 136 nömrəli orta məktəbin rəhbərliyinə gətirildikdən sonra ətrafına özünə yaxın olan şəxsləri toplamağa başlayıb. «Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva kimdir ki, məni istədiyim vəzifəyə göndərməyə…» Beləliklə, məktəbin direktoru Eldəniz Əkbərovun əslən Lerik rayonunun Balaband kəndindən olduğunu, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsində təhsil aldığını, 2001-ci ildə Bakı şəhər E.Şəmiyəv adına 149 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladığını, 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyini, bir müddət öncə isə 136 saylı orta məktəbə direktoru vəzifəsinə təyin olunduğunu bildirən mənbənin sözlərinə görə, o, müxtəlif yollara baş vuraraq yaxın adamlarından biri olan Nazim Akif oğlu Qardaşovu yanına gətirməyə çalışır: «136 saylı orta məktəbin direktoru Eldəniz Əkbərov 149 nömrəli orta məktəbdə Nazim Qardaşovla bir yerdə çalışıb. Belə ki, Nazim Qardaşov hazırda 149 saylı orta məktəbdə cəbr, həndəsə və riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Deyilənlərə görə, separatçı Əlikram Hümbətovun yaxın qohumlarından olan Nazim Qardaşov məhz Eldəniz Əkbərovun vasitəsilə 136 saylı orta məktəbin direktor müavini vəzifəsinə təyinat almaq üzrədir. Qeyd olunur ki, Nazim Qardaşov hər yerdə «Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva kimdir ki, məni istədiyim vəzifəyə göndərməyə. Bu işlərə Məhəbbət xanım baxmır. Bu cür məsələlər mənim öz adamım – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyevin nəzarətindədir» deyir. Məhz elə bu səbəbdən də separatçı Əlikram Hümbətovun yaxın qohumu Nazim Qardaşov əmindir ki, məhz 136 saylı orta məktəbin direktoru Eldəniz Əkbərovun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyevin dəstəyilə o, tez bir zamanda adıçəkilən təhsil müəssisəsinin direktor müavini postuna gətiriləcək». Qardaşovlar separatçı Əlikram Hümbətova həyətlərində və ya digər «münasib» bir yerdə heykəl qoymağı planlaşdırırlar Haqqinsesi.com olaraq mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, 1981-ci ildə Neftçala rayonunda anadan olan, 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışan, 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərən, 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri olan, 2015-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilən Rəşad Tağıyev bu gün həm 136 saylı orta məktəbin direktoru Eldəniz Əkbərova, həm də Nazim Qardaşova yetərincə dəstək olur, əlaqələrindən istifadə edərək onların üzləşdiyi problemləri dərhal yoluna qoymağa çalışır: «Deyilənlərə görə, Nazim Qardaşovun yaxın qohumlarından olan Telman Qardaşov isə Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktorudur. O da bildirilir ki, Nazim Qardaşov separatçı Əlikram Hümbətov «Talış Muğan Respublikası» yaratmağa çalışdığı dönəmlərdə onun ən fəal tərəfdarlarından biri olub. Ümumiyyətlə, Qardaşovlar separatçı Əlikram Hümbətova hələ də xüsusi simpatiya bəsləyirlər. Deyilənlərə görə, onlar separatçı Əlikram Hümbətova həyətlərində və ya digər «münasib» bir yerdə heykəl qoymağı planlaşdırırlar. Bu isə onu deməyə əsas verir ki, Nazim Qardaşov və onunla əlbir olan şəxslər birbaşa separatçılığı dəstəkləyirlər».Haqqinsesi.com