Bu gün:
Xezer.info » Manşet » "Cib yandıran" iftar süfrələri

"Cib yandıran" iftar süfrələri


"Cib yandıran" iftar süfrələriQiyməti 7 manatla 25 manat arasında dəyişən belə menyuların tərkibində isə böyük fərq yoxdur. İlahiyyatçılar isə bu iş adamlarına Ramazandan bizneslərini genişləndirmək üçün istifadə etməməyi məsləhət görür.

Müxtəlif növ yeməklər, şorbalar, içiklər və şirniyatlar. Paytaxtda yerləşən bir çox restoranlarda müştərilərilərə biri -birindən ləzzətli təamların təklif edildiyi belə İftar menyuları təqdim edilir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, üstəlik belə restoranlarda 7-10 manat arasında dəyişən limitsiz imsak yeməkləridə müştərilərə təqdim edilir. Bəzi restoranlarda isə belə iftar menyuların qiyməti 20 manat və daha baha qiymətə təklif edilir ki, həmin menyularda digər ucuz menyularla eynilik təşkil edilir.

İlahiyyatçılar isə bildirirki, Ramazan ayı daha çox savab qazanmaq və bağışlanmaq üçün əsl fürsətdir. Ona görədə restoran sahibləridə bu ay daha çox gəlir əldə etmək yox, Allah qatında ucalmaq üçün çalışsalar yaxşıdır.