Bu gün:
Xezer.info » İqtisadiyyat » Rövnəq Abdullayev: Qorxmayın, 100 milyon dolları bir günə qaytara bilərik

Rövnəq Abdullayev: Qorxmayın, 100 milyon dolları bir günə qaytara bilərik


Rövnəq Abdullayev: Qorxmayın, 100 milyon dolları bir günə qaytara bilərik
SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR İstiqrazları ilə bağlı sualları cavablandırıb.

ATV xəbər verir ki, Rövnəq Abdulayev insanları arxayın istiqraz almağa çağırıb:

"Hər bir Azərbaycan vətəndaşı istiqrazı bu gün alıb sabah sata bilər. Amma bunun nə mənası var bu gün alıb sabah satasan? Onu alırsan ki, gəlir qazanasan. Əgər vətəndaş istiqrazı 3 ay sonra qaytaracaqsa 3 ayın faizini alacaq, 6 ay sonra qaytaracaqsa 6 ayın faizini alacaq. Vətəndaş istiqrazı geri verib pula çevirmək istəyirsə, həmin dəqiqə SOCAR onu geri almağa hazırdır. Ola bilsin ki, insanlarda bank qorxusu da ola bilər. 100 milyon dollar elə də böyük məbləğ deyil, biz onu bir günə qaytara bilərik. SOCAR-ın 40 milyard dollar aktivi var. Biz insanları arxayın etmək istəyirik ki, istiqrazı istədiyi vaxt geri qaytarıb pulunu ala bilər. Bunun uduşu buradadır ".

Qeyd edək ki, SOCAR İstiqrazlarının hər birinin nominal dəyəri 1000 dollar, illik faiz gəliri 5%-dir. Hər 3 aydan bir istiqraz sahibinin hesabına 1.25% faiz qazancı köçürülür.

SOCAR İstiqrazlarını 10 oktyabr tarixinədək "Asan xidmət, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, XalqBank, AzFinance Invest, InvestAz, Paşa Kapital və PSG- Kapital"dan əldə edə bilərsiniz.