Bu gün:
Xezer.info » İdman » Qapıçı bu qolla tarixə düşdü – VİDEO

Qapıçı bu qolla tarixə düşdü – VİDEO


Qapıçı bu qolla tarixə düşdü – VİDEO
Özbəkistanın gənclərdən ibarət yığmasının qapıçısı Jasurbek Umrazakov tarixi qola imza atıb.
Jasurbek 16 yaşlı futbolçular arasında keçirilən Asiya çempionatında fərqlənib. Özbəkistan və KXDR yığmaları qrupda 1-ci yerin taleyini müəyyənləşdirmək üçün qarşılaşıblar.
Öz cərimə meydançalarında topa sahib olan özbək qapıcı onu güclü zərbəylə meydana daxil edib. Koreyalı qapıçı həmkarının zərbəsini ram edə bilməyib.
Qarşılaşma Özbəkistanın qələbəsiylə yekunlaşıb – 3:1. Hər iki komanda 1/4 finala vəsiqə qazanıb.
Jasurbek Umrazakov vurduğu qoldan sonra müzakirə predmetinə çevrilib.