Bu gün:
Xezer.info » Siyasət » BÜDCƏ HESABINA TURİST SƏFƏRİ! – Nazir dostları ilə əklil qoymaq üçün Vyanaya gedib? + FOTOLAR

BÜDCƏ HESABINA TURİST SƏFƏRİ! – Nazir dostları ilə əklil qoymaq üçün Vyanaya gedib? + FOTOLAR

BÜDCƏ HESABINA TURİST SƏFƏRİ! – Nazir dostları ilə əklil qoymaq üçün Vyanaya gedib? + FOTOLAR
Neftin qiymətinin düşməsi və hasilatın azalması ilə bağlı ölkədə maliyyə problemlərinin dərinləşməsi dövlət vəsaitinə maksimum qənaət olunması istiqamətində bir sıra addımların atılmasına səbəb olub. Elə bu səbəbdən də prezident İlham Əliyev sentyabrın 15-də imzaladığı fərmana əsasən, Azərbaycanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərin, xidmətlərin) satın alınmasına qadağa qoyulub. Qadağa 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq.
Bununla həm dövlət vəsaitlərinə qənaət olunmasına, həm də büdcədən maliyyələşən təşkilatların və dövlət icra hakimiyyəti orqanlarının ancaq yerli istehsala üstünlük verməsi və yerli şirkətlərin xidmətlərindən istifadə etməsi nəticəsində ölkədə sahibkarlıq, istehsal fəaliyyəti üçün əlavə stimul yaranmış olacaq.
Göründüyü kimi ölkə rəhbərliyi dövlət vəsaitinin maksimum qənaətlə xərclənməsini təmin etməyə çalışır. Ancaq maraqlıdır ki, yüksək rütbəli dövlət məmurları, nazirlər buna laqeyd yanaşır.

Fərman Abdullayev adlı oxucumuz da “AzPolitika.info”ya göndərdiyi məktubda bu məsələyə toxunub. O, ölkə başçısına müraciət edərək, yazır:

“Möhtərəm və hörmətli Prezident!
İqtisadi tənəzzül dövründə büdcə vəsaitlərinin düzgün xərclənməsi haqqında fikirlərinizi tam dəstəkləyirəm. Amma, qənaətcil olmaq yalnız adi xalqa aiddir??
18 sentyabr 2016-cı il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyovun abidəsinə əklil qoymaq üçün başda nazir Əbülfəs Qarayev olmaqla bir qrup məmur dövlət hesabına (yəni məndən tutulan vergi hesabına) Vyanaya gedib. Bu abidə Üzeyir bəyin məzarı üzərində olsaydı, yenə başa düşmək olardı. Ancaq belə deyil.

Bu əklili Bakıda və yaxud Azərbaycanın istənilən bir bölgəsində olan Üzeyir bəyin abidəsi üzərinə qoymaq və xalqın iştirakı ilə daha geniş tədbir keçirmək daha doğru olmazdımı?
Sizdən xahiş edirəm ki, dövlət vəsaitlərini dədələrinin pulları kimi xərcləyən məmurlar barədə ölçü götürəsiniz”.

Qeyd edək ki, Üzeyir Hacıbəyovun Vyananın Donauparkda abidəsi 30 may 2006-cı ildə açılıb. Yəni, nazir abidənin açılşı üçün getməyib.
Bu baxımdan, doğrudan da, ilin-günün bu vaxtı nazir Əbülfəs Qarayevin bir qrup mədəniyyət xadimi ilə Üzeyir Hacıbəyovun abidəsinə əklil qoymaq üçün Vyanaya getməsini anlamaq çətindir. Yəqin ki, nazirin bir mətinqli açıqlaması var. Varsa, işıqlandırmağa hazırıq.azpolitika.info