GET VƏ DÖVLƏTİNİN GÜCLÜ OLMASINA SƏS VER! - Tarixi ana az qaldı
19-sen-2016GET VƏ DÖVLƏTİNİN GÜCLÜ OLMASINA SƏS VER!
Bir həftə sonra Azərbaycan mühüm bir tarixi ınları yaşayacaq. Olduqca vacib bir dönəmdir. Məhz vətəndaşlıq nümayişinə, ÜMUMMİLLİ MÖVQE ifadəsinə ehtiyac duyulduğu bir dönəm.
Kimlərsə Azərbaycan dövlətinin sütunlarını, Azərbaycanda DÖVLƏT APARATINI daha da möhkəmləndirəcək bu REFERENDUMU gözdən salmağa çalışır. Təbii ki, həmin kimlərinsə kimlərdən sifarş aldığı gün kimi ortadadır.
Qardaş Türkiyədə DÖVLƏTİ nüfuzdan salmaca çalışaraq, hətta Türkiyəni parçalamağa belə qalxanlar, Bunun üçün milyonların canını almaca belə hazır olduqlarını gizlətməyən ABŞ başda olmaqla, əksər Qərb dairələri üçün hansısa türkiyəlinin və yaxud da azərbaycanlının həyatının bir qara qəpik qədərində dəyərinin olmadığı faktı da dəfələrlə təsdiqlənib, təsdiqlənir…
Lakin qardaş Türkiyədə XALQ-DÖVLƏT birliyi şükür ki, daha böyük təhlükələrin qarşısını almış oldu. Türkiyəmiz qurtuldu. İndi isə SIRA AZƏRBAYCANDADIR!
Hər bir müdrik adam başqalarının səhvlərindən nəticə çıxarır. Və bu gün Azərbaycanda keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsi də məhz həmin müdrikliyin, müdrik siyasətin təzahürü kimi qəbul olunmalıdır.
Bu gün referenduma çıxarılan bütün maddələr Azərbaycanda DÖVLƏT aparatını gücləndirməklə yanaşı, vətəndaş-dövlət məhrəmliyini də daha da istiləşdirmiş olacaq. Bundan əlavə, referendumun başlıca qayəsi Azərbaycanda GÜCLÜ DÖVLƏT ənənəsini inşiaf etdirməkdirsə, deməli, bu dəyişikliklər də hər bir azərbaycanlının həyatında müsbət rol oynayacaq. Vətəndaşın DÖVLƏT TƏRƏFİNDƏN sözün hər mənasında müdaifəsini daha da gücləndirəcək.
Belə bir şəraitdə Azərbaycan dövlətinin güclənməsini arzulamayanlar da tapıla bilər. Hətta öz içimizdən də…Amma Azərbaycan xalqı yetərincə bilgili və bişmiş toplum olduğundan ağı qaradan seçməyi yaxşı bacarır. Bizə Qərbin tankların lüləsində gətirdiyi və əslində özlərinin heç bir zaman uyculamıdığı absurd və ifrat demokratiya yox, demokrətikləşmə yolunda günü-gündən özünün dövlətçiliyini də möhkəmləndirən bir Azərbaycan lazımdır, daha gərəkənidir.
Bəli, əziz seçici… Bu həftənin sonu seçki məntəqələri səni gözləyir. GET VƏ DÖVLƏTİNİN GÜCLÜ OLMASINA SƏS VER!
Tanrı Azəbaycanımızı qorusun!!!