Bu gün:
Xezer.info » Qarabağ » Ermənilərin “İsgəndər”inə cavabımız: “Naxçıvandan İrəvanı vura bilərik”

Ermənilərin “İsgəndər”inə cavabımız: “Naxçıvandan İrəvanı vura bilərik”


Ermənilərin “İsgəndər”inə cavabımız: “Naxçıvandan İrəvanı vura bilərik”
Azad İsazadə: “Ermənilər bütün hədələrə baxmayaraq, bu raketlərədn istifadə etməyiblər. Çünki bilirlər ki, belə bir addım atsalar, Azərbaycan daha ciddi zərbələr endirə bilər”
Ermənistanda keçirilən son hərbi paradda düşmən dövlət malik olduğu bir sıra silahlarla yanaşı, bəzi raket kompleksləri, eləcə də “İsgəndər” raketlərini nümayiş etdirdi. Hansı ki, bu raketlərin Ermənistandakı mövcudluğu həmin parada qədər yalnız ehtimal edilirdi. Maraqlıdır, Ermənistandakı hərbi paradda nümayiş etdirilən texnika Azərbaycanla düşmən dövlət arasındakı hərbi balans haqqında hansı fikirlər söyləməyə əsas verir?
Məsələ ilə bağlı moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə Azərbaycanın dünən olduğu kimi bu gün də Ermənistanla müqayisədə hərbi üstünlüyə malik olduğunu söylədi: “Ermənistanın nümayiş etdirdiyi raket sistemləri Azərbaycan və Ermənistan arasındakı hərbi balans fərqinin azalması ilə bağlı sadəcə əsassız təəssürat yaradır. Çünki Azərbaycan ordusu həm silahlarına, həm də döyüş hazırlığına görə Ermənistan ordusundan daha üstündür. Ermənistan indiki halda Azərbaycana çatmağa çalışır. Ermənistanın “İsgəndər” raketlərinə sahib olması Azərbaycanla aradakı məsafəni bir qədər qısaldır. Lakin aprel döyüşlərindən sonra Azərbaycan ordusu da ciddi addımlar atıb. Təzə silah növləri əldə edib, İsraildən də yeni silahlar alıb. Iki dövlət arasındakı silahlanma yarışı davam edir.
“Isgəndər” raket kompleksi orta məsafəli raket hesab olunur. Bu raketlər Azərbaycan üçün müəyyən təhlükə ehtiva edir. Ermənistanda bundan öncə köhnə sovet istehsalı olan “Skat” raketləri də mövcud idi. Ermənilər Bakını bu raketlərlə vuracaqlarını da vaxtiylə bildirmişdilər. Əgər ermənilər o raketləri Dağlıq Qarabağ ərazisində yerləşdirsələr, Azərbaycan ərazisinin bir hissəsinə zərbə endirmək imkanı əldə edə bilərlər. Ermənilər bütün hədələrə baxmayaraq, bu raketlərədn istifadə etməyiblər. Çünki bilirlər ki, belə bir addım atsalar, Azərbaycan daha ciddi zərbələr endirə bilər. Naxçıvandan İrəvan və digər əraziləri daha tez bir zamanda vurmaq mümkündür. İkincisi, bu cür raketlər qarşı anti-raket sistemləri mövcuddur. Hər buraxılan raket o demək deyil ki, hədəfə çatacaq”.