Rafil Hüseynovun Masallı idarəçiliyi: zavoddan tutmuş, mağazaya qədər obyektlər toplus -İTTİHAM
17-sen-2016Masallı rayonu respublikamızın cənub bölgəsində yerləşən ən böyük rayonlardan biridir.Əfsuslar olsun ki,Rafil Hüseynov bu rayona icra başçısı gələndən bu rayon günü gündən tənəzzulə uğrayır.Əhalidə günü gündən narazılıqlar yaranır.Prezident Adminstrasyasına ən çox şikayət məhz Masallı rayonun icra başçısındandır.Rafil müəllim rayonu özəl mülkünə çevirib.iqtisadi sosial inkişaf bir yana rayonda İstisu adlanan istirahət mərkəzi lap insanı utanc verir.Bu mövsümdə orda gördüklərimiz və insanlardan apardığımız sorğu bizi dəhşətə gətirdi.BakuPress.Az milli informasiya Agentliyi daim bu kimi hallara qarşı mübarizı aparır.Onuda qeyd edək ki,dünyanın ən böyük problemlərindən biri olan insan alveri Azərbaycan üçün də ciddi təhdid mənbəyidir. Qadınları fahişəliyə cəlb edən cinayətkar qruplar indiyə qədər bu istiqamətdə bir xeyli işlər görüblər. Hərçənd hüquq mühafizə orqanlarının onlara qarşı apardığı mübarizə də yetərli sayıla bilməz. Çünki bu cinayətkar dəstələrin birini zərərsizləşdirdikdən sonra digərləri peyda olur. Və bu səbəbdən də onlarla mübarizə həmişə olacaq.Qeyd edək ki, «Adını «Fatimeyi Zəhra» Sağlamlıq Mərkəzi qoyduqları bu mərkəzdə qeyri-qanuni masajxanalar fəaliyyət göstərir. Burada az yaşlı qız uşaqlarının əməyindən istifadə olunur. Çox vaxtda bu masaj seansları gizli həyata keçirilir». Bir sözlə insan alveri açıq tüğyan edir.Masallıdakı «Nil Bağı», «Gölüstü» və «Cənnət Bağı» ,"Yaşıl Vadi"kimi tanınan obyektlərdə də insan alveri tüğyan edir. Və bu proses gizli şəkildə həyata keçirilir».Bütün bu obyektlərin sahibləri açıq şəkildə etiraf edirlər ki,İcra başçısına hər ay haqqların verirlər və buna görədə heç nədən çəkinmirlər.
Bundan əlavə Masallının icra başçısı Rafil Hüseynovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil.
Bildirək ki, Masallıda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq.
Rafil Hüseynovun obyektlərindən biri Oncaqala kəndində yerləşən «Rahat Market» çörək zavodudur. Hazırda aşağı keyfiyyətdə çörək bişirən zavodun məhsulları əsasən camaata dəyərindən çox ucuza satılır. Və icra başçısı da bu hərəkəti «yoxsul ailələrə yardım» kimi təqdim etməyə çalışır. Əslində isə həmin zavodun istehsal etdiyi çörək istifadəyə yararsız haldadır.
İcra başçısının Masallıda ələ keçirdiyi ikinci ən böyük obyekt isə Təzə Alvadı kəndində yerləşən Asfalt Zavodudur. Bu zavoda iş adamı Xudayar Rəhimovla şərikdir. Qeyd edək ki, bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur. Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir. Eyni zamanda, yolun çəkilişi üçün «şirinlik» də lazım gəlir və həmin məbləğ də 15 min manatdan aşağı olmur.
Bundan başqa, Rafil Hüseynov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «İsti Su» Sanatoriyasının ərazilərinə Şıxlar kəndi yaxınlığında özünə torpaq sahəsi alıb. Hazırda bu əraziyə asvalt yol çəkilir. R.Hüseynovun X.Rəhimovla şərikli bir obyektidə Yardımlı yolu üstə olan “REXO” istirahət mərkəzidir.
Bir sözlə rayon Rafil Hüseynovun özəl mülkü hesab olunur.Adı bir çox qalmaqallarda hallanan işdə məhəbbət macərasından tutmuş,korupsiyyaya qədər uzanan icra başçısına niyə göz yumulur?Camaat təngə gəlib rayon İb -si bütün çətinlikləri rayon polis rəisi,prokroru,məhkəməsinin üstünə yönləndirir.Bir sözlə İcra başçısı özü ancaq biznesi və tikdirdiyi şəxsi villarla məşğuldur.Rayonu az çox sakit saxlayan sadaladığım instansiyalardır.Məmurları rüşvət bataqlığında batıran İcra başçısı hər qoyduğu yüksək "tas"onları məcbur edir ki,Masallı camaatının qanını zəli kimi sorsunlar.Allahnan onuda deyək ki,məmurlar bu sistemdən özləridə beziblər.
Bəzi etirazlara baxmayaraq icra başçısı öz fikirində israrlı olduğunu və bu tapşırığın yuxarıdan verildiyini bildirir. Görünür Referendum seçkilərinin başlanmasına az vaxt qalmasına baxmayaraq icra başçısı belə “əməlləri” hakimiyyət daxilindəki yüksək çinli müəyyən məmurların fürsətdən “yararlanması” kimi qiymətləndirmək olar. Etibarlı mənbənin sözlərinə görə, artıq baş verənlərlə bağlı hakimiyyətin üst qatı məlumatlandırılıb.
Qeyd edək ki, sözügedən icra başçısı vəzifə səlahiyyətlərini icra edərkən çoxlu sayda problemlər yaradır ki, bu da hakimiyyət tərəfindən mənfi qarşılanır: “ Son zamanlar Prezident Administrasiyasına icra başçıları və digər vəzifəli şəxslər barədə şikayətlərin sayı durmadan artır. Referendum seçkiləri öncəsi hələlik, onlar barədə ciddi cəza tədbirinin görülməməsini görən icra başçılarının bir az da əl-qolu açılıb. Xüsusilə Masallı rayon İH başçısı Rafil Hüseynov barədə PA-ya daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Təbii, zamanı gələndə Rafil Hüseynovu ciddi cəza gözləyir. Referendum seçkilərindən sonra Masallı İH başçısı Rafil Hüseynovun da vəzifə taleyi onunçun sevindirici olmayacaq. R.Hüseynovun az bir müddətdə işində buraxdığı ciddi səhvlər bu məmuru da yuxarılarda “qara siyahı”ya salıb”. Bildirək ki, Rafil Hüseynovun Masallı rayonunu özəl mülkünə çevirməsi barədə Prezident Administrasiyasına şikayət olunmuşdur.
Təbii, icra başçısının himayədarları hakimiyyətin üst qatına mənsubdur. Onların xüsusi göstərişi olmasa icra başçıları yerlərdə bu cür qanunsuzluq və özbaşınalıqlara yol verməzlər.Qeyd edək ki, Masallı rayonunda büdcə təşkilatlarının Rafil Hüseynovun himayəsi altında həyata keçirdikləri maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza göndərilən ilginc məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Araşdırmamız davam edir