Bu gün:
Xezer.info » Bu gün » Avropanın 27 ölkəsinin prezidenti toplaşacaq-Bu dəfə Britaniyasız

Avropanın 27 ölkəsinin prezidenti toplaşacaq-Bu dəfə Britaniyasız


Avropanın 27 ölkəsinin prezidenti toplaşacaq-Bu dəfə Britaniyasız
Avropa İttifaqına üzv 27 ölkənin prezidenti Böyük Britaniyanın iştirakı olmadan 2017-ci ilin əvvəlində Maltada qeyri-rəsmi sammitdə bir araya gələcək.

Bu barədə Slovakiyanın paytaxtı Bratislavada keçirilən 27 liderin qeyri-rəsmi sammitinin yekunu üzrə qəbul olunan "yol xəritəsi"ndə bildirilir.

"Aİ-nin 27 ölkəsinin başçısı 2017-ci ilin əvvəlində Vallettada (Malta) qeyri-rəsmi görüş keçirəcək", – deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Aİ rəhbərliyinə yaxın mənbə 27 dövlət başçısının növbəti sammitinin, çox güman ki, 2017-ci ilin fevral ayında bir araya gələcəyini məlumat vermişdi. (Report)