Premium Dental” klinikasında kuryoz hadisə – Şikayət
16-sen-2016“Premium Dental” stomatoloji klinikasindan şikayət var. Cumhuriyyet.az-ın məlumatına görə, Gülər Həşimova adlı pasient tibb mərkəzində qarşılaşdığı vəziyyətlə bağlı yazıb. Onun sözlərinə görə, dişlərində şəffaf breket olduğu üçün tez tez kiçik estetik kömək lazım olur: “Məsələn, daha bəyaz olması üçün dişimə sıxıcı rezin və s. istifadə olunur. Həkimim bir müddətdir ki Almaniyadadır. Buna görə də evimizin yaxınlığındakı klinikada elətdirmək qərarına geldim. Prosedur o qədər sadədir ki, 10 dəqiqə belə çəkmir”.
G.Həşimova klinikaya müraciət etdikdə sürprizlə qarşılaşır: “Mənə bildirildi k, başqa həkimin qurduğu breketli dişə başqa həkimin pasientinə xidmət edə bilmərik. Dedilər ki, qayda belədir. Mən başa düşə bilmirəm birdən mənim həkimim ömürlük hardasa yaşasa heç bir halda diş həkiminə müraciət edə bilmərəm? Yəni ki dişimdə başqa həkim iş görübsə deməli mən gedib başqa ölkədən həkimimi tapmalıyam??? Çox gülünc açıqlamadır”