İcra başçısının parta biznesi - 20 milyonluq maxinasiya
15-sen-2016Qaradağın icra başçısı Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kretdit götürərək Lökbatanda özünə mebel fabriki açıb
Süleyman Mikayılov hələ Lənkaran İcra Hakimiyyətinin başçısı olduğu zaman keçmiş təhsil naziri Misir Mərdanovla əlaqəyə girərək Bakı şəhəri və 20 dən çox rayonun məktəblərini stol-stulla təmin edib. Azərbaycanda iri və kiçik məmurların biznes fəaliyyəti ilə məşğul olmaları illərdir mətbuata işıqlandırılır.Qanunla dövlət məmurunun hər hansı bizneslə məşğul olması qadağandır. Ancaq iri məmurlarımız hələ də bu qadağanı qulaqardına vurmaqla bizneslərini inkşaf etdirməkdə d avam edirlər. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə dövlət məmurların bizneslə məşğul olmalarını yolverilməz olduğunu qeyd edərək dövlət məmurunun yeganə vəzifəsinin xalqa xidmət göstərmək olduğunu bildirib.
Prezidentin dəflərlə məmurlara xəbərdarlıq etməsinə baxmayaraq, biznes fəaliyyəti ilə məşğul olan məmurlarımız özlərinə dəbdəbəli həyat şəraiti keçirməklə məşğul olurlar. Prezident İlham Əliyevin dövlət üçün, xalq üçün etdiyi mücadəlinin bir faizinə belə qatlanmayan bu məmurlar ölkə rəhbərinin etimadından sui istifadə edərək, xalqın rifahi üçün ayrılmış milyonlarla vəsaitləri şəxsi bizneslərinin çiçəklənməsinə yönəldirlər. Belə məmurlardan biridə Qaradağ rayon icra başçısı Süleyman Mikayılovdur.
Özəl mənbələrdən daxil olan məlumata görə Qaradağ rayon icra başçısı Süleyman Mikayılov dövlət məmuru kimi əlində olan resurslardan yayrarlanaraq öünə və ailə üzvlərinə böyük biznes şəbəkəsi yaradıb. Mənbənin bildirdiyinə görə Qaradağın icra başçısı neçə illərdir ki, məktəblərdəki sinif otaqlarının stol-stulla təmin edir və Təhsil Nazirliyndəki əlaqəlri ilə bu sahədə böyük biznes şəöəkəsi qurub. Hətta icra başçısının yaxın ətrafı, başçı ilə zarafatlaşmaq haqqına sahib olan dostları onu öz aralarında ona “parta” biznesinin patronu deyə xitab edirlər.
Mənbə qeyd edir ki, Qaradağ rayon icra başçısı artıq 7 ildir bu biznezdə böyük gəlirlər əldə edir. İcra başçısının ilk dəfə bu binznesə Lənkəranda işlədiyi dövrdə başladığı qeyd olunur. Mənbə bildirir ki, Süleyman Mikayılov hələ Lənkaran İcra Hakimiyyətinin başçısı olduğu zaman keçmiş təhsil naziri Misir Mərdanovla əlaqəyə girərək Bakı şəhəri və 20 dən çox rayonun məktəblərini stol-stulla təmin edib.
Hazırda isə bu sahədə demək olar ki, tam monopoliyaya sahibdir. Mənbəmiz iddia edir ki, icra başçısı Təhsil Nazirliyini təxminən 40 faiz bərk və yumuşaq invertarla təmin edir. Ancaq invertar işinin yaxşı qazanclı olduğunu görən Süleyman Mikayılov 2012 – ci ildə özünə Qaradağ rayonunda mebel fabriki açıb. Daha əvvəllər mebeli xaricdən alan Süleyman Mikayılov indi öz mebel fabrikinin istehsal etdiyi mebeli Təhsil Nazirliyinin müəssisələrinə satır. Həmin mebel fabrikinin tikintisi və istehsalın təmini üçün isə icra başçısı Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon manat kredit götürüb.
İcra başçısının Sahibkarlığa Kömək Milli Fondunundan götürdüyü bir neçə milyon manat vəsaitə xaricdən xüsusi dəzgahlar alıb və həmin fabrikdə əsasən məktəblərin sinif otaqları üçün stol-stullar istehsal olunur. Başçısının stol-stulları üçün istifadə olunan xammal və hissələr isə xaricdən, əsasən Rusiyadan, Ukranyadan və Çindən gətirilir. Ucuz qiymətə başa gələn məktəb stol – stulları isə təhsil nazirliyinə maya qiymətindən 5-6 dəfə baha satılır. Mənbəmiz Süleyman Mikayılovun stol-stul maxinasiyasından götürdüyü qazancın bir hissəsini həmin vaxtlar təhsil naziri işləmiş Misir Mərdanov verdiyini qeyd edir. Çünki nazir icra başçısına 40-dan çox rayon məktəblərinin bərk invertarla təhciz etməyi vermişdi. Bakı şəhərində Qaradağ, Nərimanov, Səbail rayonlarında fəaliyyət göstərən məktəblərin sinif otaqlarının stol-stullarını məhz icra başçısının şirkəti təmin edib. Mənbə bildirir ki, təkcə Qaradağ rayonunda yerləşən məktəblər üçün son 7-8 ildə təhsil nazirliyi tərəfindən 5-10 milyon manat arasında bərk invertarlar alınıb. Bu bərk invertarın 90 faizi isə sinif otaqlarının stol-stulları təşkil edir.
Əgər əlaqədar təşkilatlar araşdırma apararlarsa, o zaman bəlli olar ki, mahiyyətcə kiçik bir biznes kimi görünsə də, Süleyman Mikayılovun Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi uğurlu biznesin dövriyyəsi 7- 8 ildə 100 milyon manata qədər olub. Bu biznesdə isə ən əsas gəlir məhz məktəblərə satılan stol-stulların qiymətinin 5-6 dəfə çox şişirdilməsidir.
Orta hesabla Süleyman Mikayılovun müəsisələri ümumilikdə təhsil nazirliyinə 100 milyon manatlıq stol-stul satıbsa, bu vəsaitin 60 faizi məhz ona və Təhsil Nazirliyndəki müəyyən adamlara çatıb. Məlumatlı mənbəmiz iddia edir ki, icra başçısı məktəblərə satdığı stol-stul biznesindən il ərazində xalis 3-4 milyon manat qazanc əldə edib. Sülüyman Mİkayılov bu bizneslə 7 il məşğuldursa demək ki, icra başçısı azından 20 milyon manatı rahat qazanıb. Ancaq bu rəqəmlərin qeyd etdiyimizdəndaha da çox olması ehtimalı var. Bildirək ki, Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondundan mebel fabriki açmaq üçün bir neçə milyon manat krediti hansı şirkətin adına götürməsi və icra başçısının stol-stul binzesini hansı müəsissələrin həyata keçirməsi ilə bağlı ilginc məlumatları yaxın günlərdə oxucularımızın diqqətinə təqdim edəcəyik.(azfakt.com