Bu gün:
Xezer.info » Media » İsayev Bərdəni orta əsrlərə qaytarır: baş redaktordan ürəkparçalayan faktlar - Sensasion ittihamlar

İsayev Bərdəni orta əsrlərə qaytarır: baş redaktordan ürəkparçalayan faktlar - Sensasion ittihamlar


İsayev Bərdəni orta əsrlərə qaytarır: baş redaktordan ürəkparçalayan faktlar - Sensasion ittihamlar
Bərdə görmədiyi günləri görür. Qədim Azərbaycan şəhəri orta əsrlərdə belə fəlakət və istibdad içərisində yaşamayıb; İqtisadi cəhətdən strateji bölgə olan Bərdə yerli hakimlərin yarıtmaz idarəçiliyi nəticəsində uçurumun astanasına sürüklənib... Artıq dərənin ağzında olan şəhər camaatı fəryad edir. Əhali Bərdəni xilasa çağırır.
Prezident İlham Əliyevə müraciətdə şəhərin bir qrup məmurun əlində girinc qaldığı xüsusi vurğulanıb. Onlara isə şəhər rəhbəri Vidadi İsayevin başçılıq etdiyi xəbər verilir. Bu barədə Politika.Az-ın Araşdırma Qrupunun apardığı tədqiqatlar və Bərdə sakinlərindən gələn saysız-hesabsız şikayətlərin yekununda qənaət hasil olub. Varlıları tələyə salan başçı... Eyni zamanda media üzərindən aparılan araşdırmalar zamanı da mühüm faktlar əldə etmişik. Məlum olur ki, V.İsayevin missiyası qanunsuzluğa yol verməyin yeni metodları üstündə baş sındırmaqdır. İcra başçısı büdcə talanı və biznes işinin təşkilində əsl ideoloqdur. V.İsayev Tərtərdən Bərdəyə rəhbər təyinatı aldıqdan sonra imkanlı adamları ətrafına toplamağa başladı. Bu isə ona dövlət büdcəsindən ayrılan vəsaiti rahat mənimsəmək imkanı yaratdı. İcra başçısı rayonda abadlıq işlərini həmin imkanlı şəxslərdən topladığı pullar hesabına gördürür, bu məqsədlə ayrılmış dövlət vəsaiti isə çırpışdırılırdı. Ona sədaqətli komanda lazımıydı ki özbaşınalıqları ört-basdır eləsin, buna da tezliklə nail oldu.
Məsələn, yerlisi Vidadi İmamquliyevi Bərdə ƏSMM-nin rəhbərliyindən çıxararaq, özünə müavin təyin etdi. Həmin ərəfədə bir nəfər ƏSMM-nin binası qarşısında özünü yandıraraq, həyatını itirmişdi. Vidadi İsayev ƏSMM-nin direktor müavini Fəridə Əliyeva və qardaşı Bəxtiyarı icra başçısı yanına çağıraraq, onları öz tərəfinə çəkməyə nail olub. o zamanlar Bəxtiyar Bərdədə imkanlı iş adamlarından biri sayılırdı və o, son qəpiyini, hətta canını belə Bərdənin abadlaşması yolunda qoydu. Əsasən tikinti-abadlıq işlərinə nəzarət edən Bəxtiyar qohumu Vidadi İsayevin prezidentin yanında üzü ağ olması üçün əlindən gələni əsirgəmirdi. Amma başçı işlər yekunlaşandan və artıq Bəxtiyarın əvvəlki maddi imkanda olmadığını duyduqdan sonra onu yanından uzaqlaşdırdı. Vidadi İsayev işdən azad etdiyi “qohumu” Vidadi İmamquliyevin qızının kürəkəni, Bərdə RİH-nin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Yusifzadəni də tutduğu vəzifədən kənarlaşdırır. Onun yerinə Tərtərin icra başçısının 1-ci müavinliyindən qovulan Vidadi Bəylərovun qardaşı Zaur Bəylərovu gətirir. Bunlar İsayevin kadr siyasətinə ümumi baxış idi. İsayevin dosyesi PA-da Deyilənə görə, icra başçısı Heydər Əliyev Parkı inşa etdirib. Parkın salınmasına milyonlarla vəsait ayrılıb. Lakin özü haqda şayiə yayıb ki guya, bu işləri öz şəxsi imkanları hesabına həyata keçirir. Ancaq parka görə məmurlardan xərac yığmış icra başçısının bu əməli haqda Prezident Administrasiyasına məruzə olunub. İcra başçısı həmin parkda oğlu üçün "Ana və Uşaq" kafesi inşa etdirib. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracağı ilə hədələyib. Qaçqın şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirən icra başçısı yalnız ailə biznesinə xidmət edir. Halbuki qanunla qaçqın şəhərciyində belə obyektlərin inşa edilməsi qismən qadağan hesab edilir. V.İsayevin tapşırığına əsasən hər bir idarə və müəssisə rəhbəri hər gün 10 nəfər işçisini parkda işləməyə göndərməlidir. Pulsilmə şirkəti kimindir? Araşdırma nəticəsində məlum olub ki, V.İsayev təkcə dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir. Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib. Bu pul silmə əməliyyatlarının böyük qismi "Təchizat BCS" MMC şirkətinin əliylə həyata keçirilib. Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun köməkçisi Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir. Belə ki, icra başçısının köməkçisi məmurların, hətta vətəndaşların da gününü qara edib. O, həftənin bütün günü başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edir. Artıq V.İsayevin əməlləri o dərəcədə həddini aşıb ki bərdəlilər Bakıya yürüş etməyə hazırlaşır. Onların sözlərinə görə, rayonda Quba və İsmayıllı hadisələri təkrarlana bilər. Başçı heç kimlə görüşmür Bərdədəki vəziyyətə rayon ictimaiyyəti, ziyalıları, media mənsubları da biganə qalmayıb.
Politika.Az xəbər portalının direktoru, məcburi köçkün və şəhid qardaşı Xəyyam Salmanzadə Feysbuk səhifəsində icra başçısı haqda sərt tənqidlər səsləndirib, faktlar açıqlayıb. Onun sözlərinə görə, cənab prezident hər çıxışında məmurlara xidmətçi olduğunu xatırladıb, əhalinin problemlərini biganə qalmamağı tapşırır: “Amma nə fayda? Məsələn, Bərdənin kralı (çox istərdim ki, icra başçısı yazam, amma yaşadıqlarımı düşünəndə əlim gəlmədi) Vidadi İsayev sanki cənab prezidentin çıxışlarını dinləmir. Ümumiyyətcə, hansı vəzifəni icra etdiyini belə fərqinə varmır. Vidadi İsayev rayonda heç bir abadlıq, quruculuq işi görmür. Hansısa şəxsləri də aldadıb gətirib rayonda bir - iki iş gördürüb, onlara çatacaq pulu da verməyib. Halbuki cənab prezident sərəncam verərək, rayonda görülən işlərə görə, büdcədən pul ayırıb. Bu barədə mətbuatda da geniş yazılar yayımlanıb”. Baş redaktor qeyd edib ki, icra başçısı əhali ilə görüşlər keçirmir: “Ümumiyyətlə hansı kateqoriyadan (şəhid ailələri, Qarabağ əlilləri, mühariə veteranları və məcburi köçkünlər də daxil) asılı olmayaraq, heç bir vətəndaşı qəbul etmir. Bərdəlilərin və Bərdədə məskunlaşmış məcburi köçkünlərin problemlərini nəinki həll etməyə, heç onları dinləməyə belə həvəs göstərmir. Heç kəsi saymır, heç kəsi sevmir... Ali təhsilli bərdəlilər evində diplomları toz basdığı halda, Tərtərdən və Yevlaxdan Bərdəyə yüksək vəzifəyə adamlar gətirir”.
Baş redaktordan şok açıqlama X.Salmanzadə bildirib ki, bərdəlilər Tərtərdə qardaşları tərəfindən döyülən şəxsin məmur təyin olunmasından danışır: “Deyirlər ki, icra nümayəndələrini və bələdiyyə sədrlərini intihar həddinə çatdıran Zaur Bəylərov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir qoyulub. Zaur Bəylərovdan isə nəinki RİH-də şöbə müdiri, heç MİS-də gözətçi də qoymaq olmaz. Vidadi İsayev isə bu təyinatı ilə nəinki bərdəliləri, hətta hakimiyyəti belə təhqir etdi. Çünki cənab prezidentimizin komandasında Zaur Bəylərov kimilərinə yer olmamalıdır. Dəfələrlə olub ki, ondan tənqidi yazı saytda yayımlamışam. Dərhal rayonun sabiq polis rəisi məni təhdid edərək, yazının saytdan çıxartdırıb. Özü isə mənimlə görüşəndə təhdid edərək, “istəsəm qara maskalılarla gecəynən evindən götürdərəm” deyib”. Vidadi İsayev Elmar Vəliyevdən çəkinir Onun sözlərinə görə, V.İsayevin çəkindiyi tək adam Gəncənin icra başçısı Elmar Vəliyevdir: “Xalqına, dövlətinə qoymadığı hörməti Elmar Vəliyevə qoyur. Üstəlik, onlarla şantajçı, reket saytları maliyyələşdirir. Xoşu gəlmədiyi, onunla dostluq etməyən icra başçıları, məmurlar haqda həmin saytlarda qara piar aparır. Özüm məcburi köçkünəm, şəhid ailəsiyəm, himayəmdə üç qadın və üç uşaq olmaqla yanaşı üç ağır xəstəm var. Yeddi nəfərlik ailədə heç kim işləmir və yeganə qazancımız dövlətin bizə verdiyi 140 manatlıq “çörəkpulu”dur. Nəinki həmin pulla dolanmaq, heç bir xəstəmin bir resept xərci eləmir. Məcburi köçkün olduğuma görə, evsizəm. Cənab prezidentin göstərişi ilə Bərdə rayonunda iki dəfə çoxsaylı binalar tikilərək, məcburi köçkünlərə “paylanıb”. Həmin paylanan mənzillərdən nəinki bir, hətta iki evi və bahalı avtomobilləri olan məmurlar, biznesmenlər, polislər də alıb. Amma icra başçısının mənə olan nifrətinə görə evdən məhrum edilmişəm. Mən isə cənab prezidentim sağ olsun, dövlətim sağ olsun demişəm”. Şəhid qardaşı zülmət zirzəmidə... Xəbər portalının rəhbəri yekunda yaşadığı müsibəti anladıb: “Deputat Tahir Süleymanovdan fərqli olaraq, evim yoxdur və Bərdənin orta məktəblərinin birində uçuq, dağınıq, qapısı və pəncərəsi bərbad olan bir sinif otağını az imkanımla düzəldib, orada yaşayıram. Amma Vidadi İsayevin göstərişinə şübhəm olmadığından beş aydır ki, hər gün mən işıq idarəsinə getsəm də, həmin otağa işıq sayğacı qoydura bilmirəm. Və bu müddətdə mən qaranlıqda yaşayıram. Mənim qardaşımın qanı hesabına Bərdə işıqlanıb, amma İsayevin hesabına şəhid qardaşının işığı yanmır. Beş aydır ki, mən qaranlıq otaqda yaşayıb, cənab prezidentin siyasətini təbliğ edib, fəaliyyətini işıqlandırıram. Beş aydır ki, Vidadi İsayevin qəbuluna düşüb, məndən nə istəyirsən sualını ona verə bilmirəm, hər dəfə gedəndə “qonaq var, sabah gəlsin” deyib, yola verir...”
Bu iddialar və ittihamlar, o cümlədən X.Salmanzadənin dedikləri ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.