Bu gün:
Xezer.info » Bu gün » Bakıda ŞAURMA yeyənlərin NƏZƏRİNƏ! Qida eksperti zərərləri AÇIQLADI

Bakıda ŞAURMA yeyənlərin NƏZƏRİNƏ! Qida eksperti zərərləri AÇIQLADI



Xəbər verdiyimiz kimi, Rusiyada 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib.

Tribunainfo.az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, birinci növbədə nəzərə alsaq ki, şaurma əksər hallarda ət, xüsusilə də toyuq ətindən hazırlanır. Ət də zülal tərkibli olduğuna görə, yüksək risk qrupuna aid bir qidadır.

Ekspertin sözlərinə görə, “Şaurma daha tez xarab olan bir məhsuldur. Əgər saxlanılmasında, daşınmasında, eyni zamanda bişirilməsində, bişirildikdən sonra saxlanılmasında düzgün qaydalara əməl olunmursa bu zaman onun tərkibindəki zərərli mikroorqanizmlər sürətlə çoxalaraq insan sağlamlığına ciddi fəsadlar törədir. Xüsusilə də bu zərərli mikroorqanizmlər həssas qrupdan olan uşaqlar, xroniki xəstəliyi olanlar, yuxarı yaşlı insanlar, hamilələr və allergiyaya meyilli insanlarda, immun sistemi zəif olan insanlarda özünü daha ciddi göstərir. Bu zəhərlənmə bəzən ölümlə də nəticələnə bilər.

Digər bir məqam isə şaurmanı hazırlayarkən istifadə olunan mayonezin də keyfiyyətsiz olduğundan qaynaqlana bilər. Mayonez də yüksək risk qrupuna aid olan məhsuldur. Xüsusən də yumurtadan hazırlandığı üçün. Saxlanılmasında temperatur rejiminə əməl olunmursa tez bir müddətdə xarab olur. Eyni zamanda da bəzən bundan son istifadə müddəti bitmiş məhsullardan da istifadə edirlər ki, belə olan halda da zəhərlənməyə səbəb ola bilər.

Digər bir məqam istifadə olunan tərəvəzlərin təmiz yuyulmamasından qaynaqlanır. Belə halda da zəhərlənmə ola bilər ki, mütləq şəkildə bu kimi qidaların hazırlanmasında istifadə olunan tərəvəzlər təmiz şəkildə,bol su ilə yuyulmalıdır. Eyni zamanda həmin məhsulu hazırlayan insanın əllərində də əlcək və ya sanitar-gigiyena qaydalarına uyğun olaraq təmiz olmasına diqqət olunmalıdır. Əks halda bu qida zəhərlənməyə səbəb ola bilər”.